Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-12-2025 , 10:12

714

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

Xətaı bələdiyyəsində "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" çərçivəsində növbəti tədbir baş tutub  

Xətai rayon  bələdiyyəsinin Gender Komissiyası və Xətai Rayon İcra Hakimiyyəti tərəfindən "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.                   Tədbir Xətai Bələdiyyəsinin Gender Komissiyasının sədri Səbinə Abdullayeva çıxış edərək cəmiyyətdə məişət zorakılığı və gender bərabərsizliyi kimi problemlərin hələ də aktual olduğunu vurğulayaraq, bu sahədə hüquqi müdafiə mexanizmlərdən və maarifləndirmənin mahiyyətindən danışıb.  

Daha sonra Xətai Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Turan Kərimzadə çıxış edərək, gender məsələləri və məişət zorakılığının növləri, qarşısının alınması yolları və mövcud qanunvericilik barədə  iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə Xətai bələdiyyəsinin əməkdaşı Rövşən Məmmədov da çıxış edərək,  ailə dəyərlərinin qorunması, sağlam ailə mühitinin formalaşdırılması və cəmiyyətin maarifləndirilməsinin vacibliyini qeyd edib.

Sonda tədbir iştirakçılarına gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

Xətai bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz