Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-11-2026 , 18:37

53

Son xəbərlər

Bütün xəbərlər

Ədliyyə nazirliyində videoqəbul keçirilib

Gündəlik Xəbərlər
26-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zamiq İbrahimov: “Potu bələdiyyəsində büdcə gəlirlərinin artımı istiqamətində işlər davam etdirilir”


Göyçay rayonunun Potu bələdiyyəsində büdcə gəlirlərinin artırılması və vergi daxilolmalarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir.

Bələdiyyə sədri Zamiq İbrahimov Belediyye.infoya  bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirləri 31.594 manatdan 65.596 manata yüksələrək 2,1 dəfə artıb. Vergi daxilolmaları isə 9.755 manatdan 13.919 manata çatıb ki, bu da 43 faiz artım deməkdir.

Sədr qeyd edib ki, bələdiyyənin vergi xidməti büdcə gəlirlərinin artırılması məqsədilə Bələdiyyələrin Vergi İnformasiya Sisteminin (BVİS) təqdim etdiyi imkanlardan səmərəli istifadə edir. Vergi uçotunun təkmilləşdirilməsi, daxilolmaların artırılması və vətəndaşlarla maarifləndirmə işlərinin aparılması bu istiqamətdə əsas prioritetlərdəndir.

Zamiq İbrahimov Göyçay Rayon İcra Hakimiyyətinin bələdiyyəyə göstərdiyi dəstəyi xüsusi vurğulayaraq, fəaliyyətlərinin daha səmərəli təşkili üçün Göyçay Regional Ədliyyə İdarəsinin metodiki tövsiyələrindən də mütəmadi yararlandıqlarını bildirib.

Hazırda bələdiyyənin növbəti dövr üçün büdcə layihəsi müzakirə olunur. Layihənin əsas məqsədi yerli gəlirlərin artırılması, maliyyə imkanlarının genişləndirilməsi və əhalinin ehtiyaclarına uyğun tədbirlərin həyata keçirilməsidir.

Bələdiyyə sədri vətəndaşlara müraciət edərək vergi ödənişlərini vaxtında həyata keçirmələrinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, noyabrın 15-dən sonra gecikdirilən hər gün üçün Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq dəbbə pulu hesablanır. Bu səbəbdən sakinlərdən vergi öhdəliklərini gecikdirməmələri və ödənişləri vaxtında etmələri xahiş olunur.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat edib

Region
18-11-2026
966