Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2026 , 12:48

92

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şəhid ailəsi ziyarət olundu

05.11.2026-cı ildə Saatlı Bələdiyyəsi kollektivi Zəfər Günü münasibətilə və  Nəciyev Xalid Qabil oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin  6 -cı ildönümü  ilə əlaqədar şəhid məzarlarını və ailələrini ziyarət edərək hədiyyələr təqdim etdilər. ll Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Nəsirov Nahid Əlizamin oğlunun, Nəciyev Xalid Qabil oğlunun, Hüseynov İsa Sahib oğlunun, Həsənli Rəşad Yaşar oğlunun məzarı ziyarət edilərək məzarları önünə güllər qoyulub, ruhlarına dualar oxunub, onların qəhrəmanlıq salnaməsinin xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıldı.  Saatlı Bələdiyyəsi sədri Aqil Heydərov  ziyarət zamanı  şəhid ailələri ilə söhbət zamanı onların qayğı və problemləri ilə maraqlanıb, ailələrə mənəvi dəstək göstərməyin, onların yanında olmağın hər birimizin mənəvi borcu olduğunu qeyd etdi.

Şəhid valideynləri göstərilən diqqətə, qayğıya görə sədr başda olmaqla, bələdiyyə üzvlərinə, bələdiyyə qulluqçularına minnətdarlıqlarını bildirdilər.

Saatlı Bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər