Ceyhun Zahidov: “Yarım il ərzində əmlak vergisinin həcmini 30 dəfəyədək artıra bilmişik”
“Lerik bələdiyyəsinin cari ilin ilk altı ayında əldə etdiyi büdcə gəlirlərinin ümumi həcmi iyirmi min manata yaxın olub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ceyhun Zahidov deyib.
Sədr qeyd
edib ki, cari ilin ilk altı ayı ərzində fiziki şəxslərdən yığılan torpaq vergisinin həcmi 322 manat, fiziki şəxslərin
əmlak vergisinin həcmi 2 466 manat, bələdiyyə
əmlakının özgəninkiləşdirilməsindən isə 16.900 manat vəsait bələdiyyə büdcəsinə
vəsait daxil olub.
Son üç
ilin büdcə gəlirlərinin təhlili göstərir ki, cari ildə bələdiyyənin büdcə gəliri
2024-cü illə müqayisədə 84 faiz, 2025-ci illə müqayisədə isə 27 dəfəyədək
artıb. Belə ki, 2024-cü ilin altı ayı ərzində
-10.685 manat, 2025-ci ilin ilk altı ayı
ərzində cəmi 706 manat, cari ildə isə 19.688 manat əldə olunub.
Göründüyü
kimi, 2026-cı ilin ilk 6 ayında yerli vergilərin yığımında əvvəlki illərlə
müqayisədə ciddi şəkildə artım müşahidə oluinub. 2024-cü illə müqayisədə əmlak
vergisinin həcmi təxminən 30 dəfəyədək artmışdır.
Bu gün bələdiyyənin
qarşıya qoydugu əsas vəzifə yerli büdcə gəlirlərinin artırılmasıdır. Bununla
yanaşı vergi və ödənişlərin tam yığılmasının təmin edilməsi, büdcə gəlirləri
hesabına həyata keçirilən layihələri həcminin artırılması bələdiyyənin əsas vəzifələrindəndir.
Bələdiyyənin kollektivi hazırda bu istiqamətdə ciddi şəkildə çalışır.
Qeyd edək
ki, 2025-ci ilin yanvar ayında keçirilən bələdiyyə seçkilərində Lerik bələdiyyəsinə
Cəngəmiran
bələdiyyəsi birləşdirildiyindən bələdiyyənin inzibati ərazisinə Lerik şəhərindən
başqa Cəngəmiran, Hıramo, Pirzəkücə kəndləri
də daxil olub.
Belediyye.info
Rəylər
0 Rəy