Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-07-2026 , 20:08

125

Son xəbərlər

Bütün xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İradə Ağayeva: “Büdcə gəlirlərimiz artdıqca seçicilərimizi narahat edən məsələlərin həlli də sürətlənir”  

“Bu gün bələdiyyənin əsas məqsədi büdcə gəlirlərini artırmaqla vətəndaşların qaldırdığı problemlərin həllinə nail olmaqdır”-bu fikirləri Belediyye.infoya Masallı rayonu Hişkədərə bələdiyyəsinin sədri İradə Ağayeva deyib.

Xanım sədr bildirib ki, 2025-ci illə müqayisədə bələdiyyənin ümumi büdcə gəlirində 3.73 dəfə,  əmlak vergisinin həcmində 2.19 dəfə, torpaq  vergisinin həcmində isə 1.1 dəfə artım müşahidə olunub.

Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, 2026-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  25.717 manat  vəsait daxil olub ki,  onunda  6.172 manatı əmlak vergisindən, 5.736  manatı torpaq vergisindən, 9.749 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən əldə edilib. İl yarım ərzində  bələdiyyə mülkiyyətinin icarəsindən 3.992  manat vəsait daxil olub. Əldə edilən vəsaitin 8.355 məhəllə daxili yolların təmirinə 1185 manatı isə əhalinin həssas qruplarına maddi yardım ayrılıb. 

Sədr əlavə edib ki, 2025-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə cəmi 5.441 manat  vəsait daxil olub ki,  onunda  1.933 manatı əmlak vergisindən, 2.728 manatı torpaq vergisindən, 637 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən əldə edilib. İl yarım ərzində  bələdiyyə mülkiyyətinin icarəsindən 142 manat vəsait daxil olub.

Sədr sonda qeyd edib ki, vətəndaş məmnunluğunun təmin edilməsi üçün var gücümüzlə çalışıb büdcə gəlirlərini artırmağa çalışırıq. Büdcə gəlirlərimiz artdıqca seçicilərimizi narahat edən məsələlərin həlli də sürətlənir.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər