Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-07-2026 , 18:23

136

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rövşən Əsgərov: “Bələdiyyə ilk dəfədir ki, belə bir irihəcmli layihənin  icrasına başlayıb"

“Tovuz rayonu, Qovlar bələdiyyəsinin 19 mart 2026-cı il tarixli qərarına əsasən, şəhər qəbristanlığında abadlıq və yenidənqurma işlərinə başlanılıb. Görülən işlər çərçivəsində köhnə və yararsız məhəcərlər sökülərək onların yerinə müasir metal konstruksiyadan ibarət 530 metr uzunluğunda yeni məhəccərlərin  quraşdırılmasına başlanılıb”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Rövşən Əsgərov deyib.

Sədr qeyd edib ki, layihənin məqsədi qəbristanlığın mühafizəsini gücləndirmək, ərazinin estetik görünüşünü yaxşılaşdırmaqla ziyarət üçün daha səliqəli, təhlükəsiz şərait yaratmaqdır. Yeni hasarın (məhəccərin) dayanıqlı və uzun ömürlü olması üçün bütün texniki parametirlərin qorunması təmin olunur.

Rövşən Əsgərov onu da qeyd edib ki, Qovlar bələdiyyəsinin həyata keçirdiyi abadlıq və yenidənqurma layihələri əsasən yerli vergi və ödənişlər hesabına maliyələşdirilir. Bu baxımdan, yerli vergi və ödənişlərini vaxtında ödəyən sakinlərini fəallığı və məsuliyyətli mövqeyi görülən işlərin davamlı həyata keçirilməsində mühüm rol oynayır. Qovlar bələdiyyəsi yerli büdcənin formalaşmasına töhvə verən bütün vergi ödəyicilərinə təşəkkür edir və digər sakinləridə vergi öhdəliklərini vaxtında yerinə yetirməyə çağırır.

​Hazırda ərazidə betonnun tökülməsi üçün qutunun quraşdırlması davam etdirilir. Bundan sonra beton töküləcəkdir.  Sonra isə betonun üzərindən metal konstruksiya ilə məhəccərlər qurulacaq. Beton quruduqdan sonra  metal konstruksiyalar quraşdırılacaqdır.

​Hazırda 530 metr məsafədə iş gedir. Ərazidə bir yeni darvaza quraşdırılacaq, digər ikisi isə əsaslı təmir ediləcəkdir.

Sədr bildirib ki, bələdiyyə yarandığı gündən ilk dəfədir ki, belə bir əsaslı iş görür, ilk dəfədir belə bir layihənin  icrasına başlayıb"

Sədr daha sonra qeyd edib ki, şəhərdə abadlıq işləri bələdiyyə tərəfindən mərhələli şəkildə davam etdiriləcəkdir. Növbəti mərhələdə daxili yolların, yaşıllıq zolaqlarını və digər infrastruktur elementlərinin yaxşılaşdırılması istiqamətində işlərin görülməsi planlaşdırılır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər