Fidan Fərzəliyeva: “Maddi-mədəni irsimizin qorunması ilə bağlı Şabran bələdiyyəsində xüsusi proqram hazırlanacaqdır”
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Şabran bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdə Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, habelə bələdiyyə qulluqçuları yaxından iştirak ediblər.
Giriş
sözündə ictimai birliyin sədri Vüqar Cəfərov görüş iştirakçılarına layihənin
icrası, məqsədi və vəzifələri barədə ətraflı məlumat verib. Bu
görüşədək artıq Cəlilabad, Masallı, Yardımlı və Siyəzən rayonlarında hər
birində iki gün olmaqla davam edən çoxsaylı görüşlərin keçirildiyini, maddi-mədəni
irs nümunələrinin ziyarət edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin
üzv və qulluqçuları tərəfindən maraqlı təkilflərin səsləndirildiyini qeyd
edib.
Vüqar Cəfərov
çıxışında Şabran rayonunun maddı-mədəni irs abidələrinin öyrənilməsi, qorunması
və təbliği istiqamətində bələdiyyələrində üzərinə məsuliyyət yükünün düşdüyünü
də xüsusilə qeyd edib.
“Özündə
zəngin, qədim tarixi və mədəniyyəti daşıyan ölkəmizin azsaylı
rayonlarından biri də Şabrandır. Şabran həm də V-XVIII əsrlərdə mövcud olmuş qədim
Azərbaycan şəhəri, Şirvanın mərkəzi olub”- bu fikirləri görüşdə Şabran bələdiyyəsinin
sədri Fidan Fərzəliyeva deyib.
Tarixə
qısa bir ekskurs edən sədr qeyd edib ki, Qədim Şabran şəhərinin qalıqları
müasir Şabran rayonunun Şahnəzərli kəndi yaxınlığında aşkar edildikdən
sonra ölkə başçısının 27.09.2003-cü il 1343 №-li Sərəncamı ilə
“Şabran şəhəri” tarix-mədəniyyət abidəsi qoruq elan edilmişdir.
Sonradan isə ölkə başçısının 22 oktyabr 2019-cu il tarixli 1498
nömrəli Sərəncamı “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu
yaradılmışdır.
Sədr qeyd
edib ki, maddi-mədəni irsimizin qorunmasında bələdiyyələrimiz də öz sözünü deməli,
maliyyə imkanları çərçivəsində öz dəstəyini əsirgəməməlidir.
Maddi-mədəni
irs nümunələrinin qorunması, mühafzəsi və təbliği ilə ilə bağlı Şabran bələdiyyəsi
olaraq Şabran tarix-diyarşünaslıq muzeyi ilə, həmçinin “Çıraqqala-Şabran” Dövlət
Tarix-Mədəniyyət Qoruğu ilə sıx əməkdaşlıq əlaqələri yaradılıb. Bu gun həm də
maddi-mədəni isrimizin gənclər arasında təbliğində bizdə öz sözümüzü
deyirik.
Rayonda
formalaşan beş bələdiyyənin hər birinin maddi-mədəni irisimizin qorunmasında öz
töhfəsinin olduğunu qeyd edən xanım sədr görüşdə bu istiqamətdə beş bələdiyyənin
hər birinin iştirakı ilə işçi qrupunun yaradılmasına maraqlı olduqlarını qeyd
edib.
İndiki məqamda
QHT tərəfindən bu layihənin icrasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd
edən xanım sədr mövzu ilə əlaqəli bələdiyyə iclasında xüsusi bir proqramın
hazırlanacağını diqqətə çatdırıb.
Görüşdə bələdiyyə
qulluqçusu Bənövşə Orucova və digər iştirakçılar mövzu ətrafında öz fikir və
mülahizələrini bildirmişlər. Sonda görüş iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb.
İki günlük
səfər çərçivəsində həm bələdiyyənin həyata keçirdiyi layihələrə baxış
keçirilmiş, həm də “Şabran tarix-diyarşünaslıq muzeyi, “Çıraqqala-Şabran” Dövlət
Tarix-Mədəniyyət Qoruğu və Pirəbədil kəndində olan Pirəbədil tarix müzeyi ziyarət
olunmuş, kollektiv üzvləri ilə fikir mübadiləsi aparılmış, habelə rayonun Ləcədü
kəndində olan XIX əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan məscidə baxış
keçirilmişdir. Qeyd edək ki, məscid dövlət tərəfindən qorunan daşınmaz
tarix-mədəniyyət abidələrinin rəsmi siyahısında 4196 nömrə ilə ölkə əhəmyyətli
abidə kimi qeydiyyata alınmışdır.
Layihə çərçivəsində
növbəti görüşlərin Xaçmaz, Quba, İsmayıllı və Oğuz rayon bələdiyyələrində
keçirilməsi nəzərdə tutulmuşdur.
Əlavə edək
ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin
dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət
qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin
fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.
Belediyye.info