Bələdiyyə ərazisində həllini gözləyən çoxsaylı problemlərimiz var
Muxax bələdiyyəsinin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir. Demək olar ki, bələdiyyəmiz müəyyən mənada buna nail ola bilmişdir.
Muxax bələdiyyəsi
öz işində ölkə başçısı tərəfindən imzalanan
fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul
etdiyi qərar və qanunlardan,Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş idarəsinin,
Şəki Regional Ədliyyə İdarəsinin təklif və tövsiyyələrindən, AKBMA-nın
bələdiyyələrə göstərdiyi marifləndirici və köməkliklərindən və bələdiyyənin öz Nizamnaməsindən irəli gələn
vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları, həmçinin
Zaqatala RİH -nin başcısının
tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurmaqdadır.
Bələdiyyə
olaraq fəaliyyətimizi əsasən ərazidə quruculuq-abadlıq, bələdiyyə ərazisində
səliqə-sahman işlərinə yönəldirik. Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi
nümayəndəliklərin ərazisini əhatə edir. Biz hər iki nümayəndəliklə
birlikdə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində
fəaliyyətimizi həyata keciririk. Qarşılıqlı əlaqə qurmağımızın
nəticəsidir ki, ərazidə olan problemlərin həllinə vaxtında nail ola bilirik.
6 ay
ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 49 ədəd ərizə daxil olmuşdur. Müraciətlərin
əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə
bağlı olmuşdur. Müraciət edənlərin əksəriyyətinin torpaqdan başqa digər
xahişi əsasən həll edilmişdir. Həyətyanı torpağın verilməsi bələdiyyəyə
elektron xəritələr təhvil verildikdən dəqiq yerləri bilindikdən sonra həyata
kecirilməsi nəzərdə tutulmuşdur.
6 ay
ərzində 62 nəfər vətəndaşımız bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Bundan
başqa bələdiyyədə “Acıq qapı” günü təşkil edilmişdir. Qəbulda vətəndaşlar
tərəfindən irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti
komissiyalar,bələdiyyə qulluqcuları tərəfindən araşdırılaraq həllini tapmış
həlli mümkünsüz olan müraciətlər isə əlaqədar təşkilatlara yönəldilmişdir.
6 ay
ərzində bələdiyyəyə rəsmi orqanlardan 46 ədəd sənəd daxil olmuşdur. Sənədlərə
operativ baxılaraq, müvafiq cavablar hazırlanmış və aiddiatı üzrə vaxtında
tərəfimizdən cavab verilməsi təmin edilmişdir.
Bələdiyyədə
2026-cü ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanunlarına uyğun
qayadada aparılmışdır.Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla
nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra zəruri olan
tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir. Hamımız yaxşı
bilirik ki, bələdiyyə öz büdcəsini əsas ehtibari ilə torpaq və əmlak
vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi
yolu ilə formalaşdırır.
2026-cü
ilin 6 ayı ərzində bələdiyyənin 15 iclası olub. İclasların gündəliyinə 75
məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. Bundan başqa,
iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib,
komissiyaların rəy və təklifləri, arayışları dinlənilib. İclaslarda qəbul
edilən qərarların icrası vaxtında gecikdirilmədən təmin edilmişdir.
Maliyyə
imkanlarımız əsasında 2026-cü ilin 6 ayı ərzində bələdiyyə ərazisində aşağıda
qeyd olunan işlərin görülməsini təmin etmişik.
-Bildiyiniz
kimi 2026-cı il təbii vəlakətlərlə qarşı-qarşıya qalmışıq.Allah qismət
etdiyindən artığına nail olmaq mümkün deyildir.Biz də təbii fəlakətlə imkanımız
daxilində mübarizə aparmağa calışırıq.Elə kənddaxili yollarımız vardır
ki,dədəflərlə bu il təmir etməyimizə baxmayaraq yenə də təmirə ehtiyac
vardır.Bu yollar əsasən yaşayış məntəqəsi olan dağ dibi yollradı ki,yenə də
yağan güçlü yağışlar nəticəsində təmir işləri davam etdirilir.
- Ərafzidə
təşkil olnmuş zibil tullantıları üçün təşkil olunan poliqon tərəfimizdən
texnika cəlb edilərək təmizləmə işləri aparılaraq əsasən tikinti söküntüləri
daş kəsəklə dolduğu üçün bağlanmışdır.
-Ərazidə
çay yataqlarında və pərzivana vətəndaşlar tərəfindən atılan zibil tullantıları
vaxt aşırı texnika ilə təmizlənərək məhv edilir.
-Ərazidə
“Şəhərsalma və Memarlıq ili” elan ili ilə əlaqədar kənddaxili
yollarda təmir tikinti işləri aparımışdır.Yollarda təmir işləri bu
ilin sonuna qədər tədbirlər planına uyğun davam etdiriləcəkdir.Yolda
təmir işlərində yaxından iştirak edən zəhməti olan hər bir vətəndaşımıza
texnika köməkliyi edənlərə sağ olun deyirik.
-Ərazidə olan Şəhid ailələri,Qarabağ qaziləri
daim diqqətdə saxlanılır,onlara bələdiyyə tərəfindən mütamadi olaraq yardımlar
edilir,onların problemlərinin vaxtında həlli istiqamətində işlər görülür,bundan
sonra da onlara edilən diqqət və qayğımız daha da artırılacaqdır.
-Ərazidə yaşayış
vəziyyəti cətin,xəstəsi olan vətəndaşlarımıa həssas qrupdan olan insanlara
birdəfəlik maddi yardımlar edilmişdir.
-Vətəndaşların
müraciətləri əsasında Yollarda lazım olan yerlərə su keçidi arxlarına borular
alınaraq yolarda təmir aparılmışdır.
-Ramazan Qurban
bayramı qabağı tək-kimsəsiz cətin dolanan ailələrə birdəfəlik maddi yardımlar
edilmişdir.
-Kəndin mərkəsində
olan avtobus dayanacağı təbii fəlakət zamanı sökülmüş dam örtüyü
yenilənmiş,yaxın günlərdə daxilində təmir işləri görüləcəkdir.
-Bələdiyyə idarəsində
istifadə üçün dəfətərxana ləvazimatı, mühasibatlığa kitab üçün dolablar
alınmışdır.
2026-cü ilin birinci
yarısı üzrə bələdiyyə büdcəsinə 74.340 manat vəsait daxil olub ki, onunda 10.566
manatı əmlak vergisindən, 17.283 manatı torpaq
vergisindən, 31091 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən əldə
edilib. 2026-ci il ərazində də bələdiyyə mülkiyyətinin icarəsindən
isə 8999 manat, ot satışından 5.373 manat, sənədləşmə 415 manat,
digər istiqamətlərdən isə 612 manat daxil olub.
Əldə edilən maliyyə vəsaiti ilə şəhid, qazi və
aztəminatlı ailələrə 7.750 manatlıq maddi yardım göstərilib. Bununla yanaşı
yollarda su kecidlərinə 1.100 manatlıq borular alınmış, kənddaxili ara yollarda
təmir işlərinə 6.301 manat, mərkəzi yollarda abadlıq işlərinə 2.300 manat
xərclənmişdir.
Bələdiyyələr
inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf
edir.
Bələdiyyə
üzvlərimiz seçicilərin məsuliyyətlərini daha dərindən dərk etmiş,onlara
qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışıblar.
Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə
bələdiyyənin iş üslubunun,forma və metodlarının təkmilləşdirilməsi prosesesində
də fəallıq göstərməkdədirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş
prinsiplərində şəffaflıq və hesabatlılıq təmin edilməkdədir. Bu elə gənc
bələdiyyə üzvlərinin fəaliyyətinin nəticəsidir. Məlumat üçün bildirim ki, Muxax
bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook,instaqram) internet
səhifəsindən və dolğun məlumat ala bilər. Bir məsələni də nəzərinizə
catdırıram ki, Azərbaycanda bəlkə də Muxax bələdiyyəsi ilk bələdiyyələrdəndir
ki, 2015-ci ildən sosial şəbəkələrdə aktiv olaraq fəaliyyət göstərir. Bundan
başqa bələdiyyənin elektron poçt ünvanı (muxax.belediyye@gmail.com- muxax.belediyye@mail.ru) var ki, daimi fəaliyyət göstərir. Bələdiyyə
olaraq biz Belediyye.info saytı ilə də əlaqəli işləməklə ərazidə
görülən işləri maliyyə hesabatlarımızı da işıqlandırırıq. Bundan başqa
bələdiyyə bunasının həyətində BƏLƏDİYYƏ MƏLUMAT LÖVHƏSİ vardır ki, məlumat
lövhəsində gündəlik məlumatlarla,yeni xəbərlərlə tanış ola bilərlər.Biz gənc
bələdiyyə üzvləri olaraq hər bir şərait yaradırıq ki, bələdiyyə vətəndaş
yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq,vətəndaş məmnunluğu təmin
edilsin.
Bütün bu
qeyd etdiklərimlə yanaşı hələ də bələdiyyə ərazisində görə bilmədiyimiz
işlər,həllini gözləyən çox saylı problemlərimiz qalmaqdadır. Fürsətdən
istifadə edərək bütün vergi ödəyicilərimizə müraciət edirəm ki, bələdiyyəyə
olan vergi borclarını gecikdirmədən ödəsinlər. Vergiləri ödəməklə vətəndaşlar
bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və kənddə abadlıq işlərinin
genişləndirilməsinə kömək etmiş olarlar.
Eyni
zamanda kənd sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim.
Bəzi sakinlər ərazidə yaşadıqlarını unudaraq həyətyanı sahələrindən çıxan
tullantıları, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə,
darvazalarının yanına atırlar. Bütün bunlar həmin küçələrdə abadlıq
işləri apararkən texnikaların hərəkətinə ciddi maneçilik törədir. Bəziləri
həyətlərinin qarşısında bitən alaq otlarını, kolları,arxları təmizləmirlər və
həmin yerlər bir müddət sonra böyük bir zibilliyə çevrilir və yağışlar yağıb
sellər olan zamanı bildiyiniz kimi problemlərlə üzləşirik. Bu da bizi olduqca
narahat edir.Məlumat üçün bildirim ki, müəyyən olunmuş zibil poliqonu vaxtsız
olaraq daş şınqıl ilə doldurulduğu üçün hal-hazırda yeni zibil tullantıları
poliqonu üçün sahənin ayrılması istiqamətində işlər görülür. Hər birimiz
kəndimizin ekoloji təmiz saxlanmasına öz köməkliyimizi göstərməliyik.
Vətəndaşların bələdiyyəyə ötən illərdən icarə,
pay torpağından olan kifayət qədər və əmlak vergi borcları var.Bu gün
bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən biridir.Digər bir
məsələ isə bələdiyyədən həyətyanı torpaq sahəsi alıb sənədləşmə işlərini başa
catdırmayan vətəndaşlarımızadır. 2007-ci ilə qədər bələdiyyə mülkiyyətindən
həyətyanı torpaq sahəsi götürüb pulun bir hissəsini ödəyib sənədləşməni
başa catdırmayıblar. Həmin vətəndaşlara bildiririk ki,hal-hazırda həyətyanı
torpaq sahələri bazar qiymətlərinə əsasən (Hərrac müsabiqə ) yolu ilə müəyyən
edilir.
2007-ci
ilin sonuna qədər həyətyanı sahəni bələdiyyədən alıb sənədləşməni başa
catdırmayan vətəndaşlarımız həyətyanı sahəsini sənədləşməsinə biganə
yanaşmasınlar. Qeyd edilən tarixə qədər alqı-satqı aktı olmayıbsa indiki mövcud
olan qanunvericiliyə uyğun olaraq alqı-satqını həyata kecirmək mümkün
olacaqdır. 2007-ci ilin sonuna qədər alqı-satqı aktı almış olan vətəndaşlar hec
bir problem olmadan sənədləşmə işlərinin davam etdirə bilərlər.
Çox
təəssüflər olsun ki, yenə də aparılan marifləndirmə işlərinə baxmayaraq
vətəndaşlarımız qeyd edilən məsələyə biganə yanaşırlar.
Vergiləri
ödəməkdən yayınanlara bir daha xəbərdarlıq edirik ki,vergilərini vaxtında
ödəməsələr tədbirlər görmək məcburiyətindəyik. Maliyyə hesabatından da bunu
görmək mümkündür. Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və
Ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin istifadəyə
verilməsindən sonra bələdiyyə ərazisində olan bütün vergi ödəyiçilərimiz həmin
bazaya daxil edilmişdir. Bildirmək istəyirik ki,hal-hazırda qeyd edilən sistem
13 dövlət təşkilatlarına birləşdirilmişdir. Problemlə üzləşmək istəmizsinizsə
vergilərinizi ödəyin ki, biz də nəzərdə tutmuş layihələri həyata kecirək.
Bir
məsələni də Siz vergi ödəyiçilərinə bildirmək istəyirəm ki, vergiləriniz barədə
məlumatı myqov.az.daxil olmaqla vergiləriniz barədə hər bir
məlumatı öyrənə bilərsiniz. Sizə bildirim ki, aktiv vergi ödəyicilərimizin
60 faizi hec bələdiyyəyə gəlmədən vergi borclarını poçta müarciət
etməklə terminallar vasitəsi ilə rahatlıqla ödəyirlər və bələdiyyəyə də öz
razılıqlarını bildirirlər.
Hesab
edirik ki, bələdiyyə üzvlərimizin, ziyalıların və bütün kənd əhalisinin
köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.
Doğrudur,
bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirik ki, yaxın vaxtlarda
sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən
gələcək və eyni zamanda bələdiyyəmiz kəndimizin sosial-iqtisadi inkişafında
fəal iştirak edəcəkdir.
Bələdiyyəmiz
bundan sonra da nəinki rayon səviyyəsində, hətta ölkə səviyyəsində seçilən
bələdiyyələrdən biri olacaqdır.
Mən şübhə
etmirəm ki, bundan sonrakı illərdə də Muxax bələdiyyəsi uğurla inkişaf
edəcəkdir. Bizim bütün nəzərdə tutduğumuz planlarımız,layihələrimiz sözsüz ki,
həyata keçiriləcəkdir.
Elvin
Yusubov
Zaqatala
rayonu, Muxax bələdiyyəsinin
sədri
Rəylər
0 Rəy