Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-07-2026 , 14:20

229

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Anar İsmayılov: “Bu səbəbdən əmlak vergisinin həcmini 6 dəfəyədək artıra bilmişik”


“Son üç ilin müqayisəsi göstərir ki, Mingəçevir bələdiyyəsinin büdcə gəlirlərində ciddi artım müşahidə olunmuşdur”-bu fikirləri Belediyye.infoya Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov deyib.

Sədrin sözlərinə görə, 2024-cü ilin altı ayı ərzində əmlak vergisi 8.850 manat olmuş, 2025-ci ilin müvafiq dövründə 41% artaraq 15.066 manata çatmış, 2026-cı ildə isə 3,9 dəfə artaraq 59.241 manat toplanılmışdır. Torpaq vergisi 2024-cü ilin birinci yarımilliyində 7.973 manat olmuş, 2025-ci ildə 30% azalaraq 5.584 manata enmiş, 2026-cı ildə isə 43,1% artaraq 9.839 manata çatmışdır. Bələdiyyə mülkiyyətinin icarəsindən daxil olan  ödənişlərin həcmi  2024-cü ilin 6 ayında 70.769 manat olmuş, 2025-ci ildə 7,97% artaraq 76.894 manat, 2026-cı ildə 11% artaraq 86.412 manata çatmışdır. Mehmanxana  ödənişləri 2024-cü ilin birinci yarımillində 1.708 manat olmuş, 2025-ci ildə 10,8% artaraq 1.915 manat, 2026-cı ildə 12,2% artaraq 2.180 manat olmuşdur.

Sədr qeyd edib ki, bələdiyyə büdcəsində müşahidə olunan artıma yerli vergi və ödənişlərin vaxtında toplanması, vergi ödəyiciləri  ilə maarifləndirici görüşlərin  keçirilməsi, vergi-uçot sisteminin təkmilləşdirilməsi, sakinlərlə səyyari görüşlərin  vaxtaşırı keçirilməsi və. s məsələlər səbəb olmuşdur.

Anar İsmayılov qeyd edib ki, büdcə gəlirlərinin artması bələdiyyənin sosial layihələrinı daha geniş miqyasda icra etməsinə imkan verir. Altı ay ərzində bələdiyyə şəhərin  Natəvan küçəsində geniş abadlıq işləri həyata keçirib.  Bələdiyyəmizin balansında olan üç qəbiristanlıqda budama, abadlıq, təmizlik işləri görülüb. Naxçıvan küçəsi 48 saylı binanın arxa hissəsindəki boş ərazidə müasir standarta cavab verən mini-park salınır. Vaqif küçəsi, 12 saylı, M. Maqomayev  prospektindəki 2, 4, 6, 8, 10, 12 saylı binaların qarşısındakı xeyr-şər mağarları təmir olunub. İmkansız və imtiyazlı şəxslərə maddi yardımlar edilib. Ötəm dövrdə həmçinin aztəminatlı ailələrə Qurban payları verilib.

Sədr son olaraq qeyd edib ki, Mingəçevir bələdiyyəsi bundan sonra da büdcə gəlirlərinin artırılması, maliyyə şəffaflığının təmin edilməsi və şəhərin inkişafı üçün yerli sosial, ekoloji və iqtisadi-inkişaf layihələrin həyata keçirilməsini qarşıya məqsəd qoymuşdur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər