Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-06-2026 , 16:07

169

Son xəbərlər

Bütün xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tural Ağammədov: “Büdcə gəlirlərimizi artırmaqla həm də vətəndaş məmnunluğunu təmin etmiş oluruq”

“Masallı bələdiyyəsi olaraq əsas vəzifəmiz şəhər ərazisində vətəndaş məmnunluğuğunun təmin edilməsinə öz töhfəmizi verməkdir”- bu fikirləri Belediyye.infoya Masallı bələdiyyəsinin sədri Tural Ağammədov deyib.

Sədrin sözlərinə görə, Vətəndaş məmnunluğunun təmin edilməsi isə ilk növbədə sakinlərin qaldırdığı məsələlərin vaxtında öz həllini tapmasıdır. Bunun üçün isə bələdiyyənin azsaylı kollektivinin birgə səyi ilə bələdiyyənin büdcə gəlirlərində artıma nail olmaq tələb olunur.

Sədr qeyd edib ki, son iki ilin beşaylıq büdcə gəlirlərinə diqqət yetirsək vergi xidmətinin əldə etdiyi uğurları aydın şəkildə görmək mümkündür.

2024-cü ilin ilk beş ayı ərzində 40.685 manatlıq vergi yığılmışdısa, bu rəqəm cari ildə 143.939 manat olub. 2024-cü illə müqayisədə torpaq vergisində  20 dəfəyədək, əmlak vergisində isə 9 dəfəyədək  artım müşahidə olunub.

Sədr qeyd edib ki, 2024-cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan  40.685 manat vəsaitin, 923 torpaq vergisindən, 4.033 manatı əmlak vergisindən,   35.668 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 60  manatı bələdiyyə mülkiyyətinin icarəsindən  daxil olub.

2025- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan  100.376

manat vəsaitin, 4.329 torpaq vergisindən, 16.290 manatı əmlak vergisindən,  79.387

manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 360 manatı  isə mehmanxana rüsumlarından daxil olub.

2026- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan  143.939

manat vəsaitin, 18.796 torpaq vergisindən, 40.189 manatı əmlak vergisindən,   81.560 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 590 manat bələdiyyə mülkiyyətinin icarəsindən,  2.805 manatı isə mehmanxana rüsumlarından daxil olub.

Bu gün  fəaliyyətimizini əsas istiqaməti təkmilləşdirilmiş və yenilənmiş BAMS proqramının verdiyi bütün imkanlardan istifadə etməklə daha  böyük  uğurlara imza atmaqdır.

Sözsüz ki, büdcə gəlirlərimizi artırmaqla həm də vətəndaş məmnunluğunu təmin etmiş oluruq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026
275