Ərkivan bələdiyyəsi tərəfindən növbəti nümunəvi addım atılıb.
Masallı rayonu, Ərkivan bələdiyyəsi tərəfindən şəhid ailələrinə və aztəminatlı ailələrə ümumilikdə 1150 manat maddi yardım göstərilib. Bununla yanaşı, 50 ailəyə 1700 manatlıq qurban payı təqdim olunub.
Şəhid ailələrinə, aztəminatlı və sosial qayğıya ehtiyacı
olan ailələrə diqqət və qayğı cəmiyyətimizdə həmrəyliyin və humanizmin göstəricisidir.
Ərkivan bələdiyyəsinin həyata keçirdiyi bu təşəbbüs sakinlər
tərəfindən rəğbətlə qarşılanıb.
Masallı rayonu, Ərkivan
Bələdiyyəsi
Rəylər
0 Rəy