Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-05-2026 , 01:07

145

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bu rayon bələdiyyələrində əmlak vergisində kifayət qədər artım olsa da, yekunda azalma müşahidə olunub

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Qusar rayonunda formalaşan 10 bələdiyyənin büdcə gəliri 831.100 manat olub. Bu 2024-ci llə müqayisədə 10  faizlik azalma deməkdir.

2024-cü il ərzində Qusar rayonunda formalaşan 29 bələdiyyənin büdcə gəliri  923.100 manat olmuşdu.

Əldə edilən gəlirin 48.8 faizi vergilərdən, 51.2  faizi isə rüsumlardan olub.

 Büdcə gəlirinin 26.8 faizi torpaq, 22.1  faizi əmlak vergisinin payına düşür. Əmlak vergisinin həcmi 77.5 faiz, torpaq vergisinin həcmində 33.8 faiz, bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən isə 21.8 faiz artım müşahidə  olunub.

Qusar bələdiyyələrinin büdcə gəlirinin 33 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən  Qusar bələdiyyələrinə 178.700  manat vəsait daxil olub. Bu da ötən illə müqayisədə 61 faiz az deməkdir.  İl ərzində Qusar bələdiyyələrinə 79.000 manat dotasiya ayrılıb.  Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən bələdiyyə büdcəsinə 4200 manat, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən 35.200 manat, avtodayanacaqlardan 900 manat  vəsait daxil olub. Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olan vəsaiti ümumi büdcə gəlirinin 4.2 faizini təşkil edib.

2025-cü il ərzində bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən  bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsait daxil olmayıb. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1154