Sədr: “Bələdiyyə olaraq hər bir vətəndaş müraciətini diqqətdə saxlamaqla icrası üçün addım atırıq”
“Bələdiyyə olaraq əsas vəzifəmiz sakinlərə xidmət etməklə vətəndaş məmnunluğunu təmin etməkdir”- bu fikirləri Beeldiyye.infoya Goranboy rayonu, Səfıkürd bələdiyyəsinin sədri Murad Muradov deyib. Sədrin sözlərinə görə, bu gün həyata keçirdiyimiz layihələrin əksəriyyəti Goranboy RİH-in təşəbbüsü və sakinlərin müraciəti əsasında həyata keçirilir.
Sədr qeyd edib ki, bu günlərdə bələdiyyə tərəfindən Tatarlı
kəndində, ümumi uzunluğu 4.5 km olan kənddaxili yollara çınqıl-daş verilərək
hamarlanma işləri aparılıb.
Bələdiyyə büdcəsinin təsdiqi zamanı sosial layihələrin
icrası nəzərdə tutulub. Odur ki, maliyyə imkanları çıərçivəsində ilin sonundək
bu tipli layihələrin icrası həyata keçiriləcəkdir.
Bələdiyyə olaraq hər bir vətəndaş müraciətini diqqətdə saxlamaqla icrası üçün addım atırıq.
Belediyye.info
Rəylər
0 Rəy