İməcilikdə bələdiyyədə yaxından iştırak edib
Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində şəhərimizdə ümumşəhər iməcliyi keçirilmişdir. Şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri bu təşəbbüsə qoşularaq abadlıq və yaşıllaşdırma işlərində fəal iştirak etmişlər.
Mingəçevir Bələdiyyəsinin kollektivi də iməclik çərçivəsində Bələdiyyə parkı və Sahil parkında təmizlik və yaşıllaşdırma işləri aparmış, yeni ağaclar əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmiş və park əraziləri daha da səliqəyə salınmışdır.
Bizim əsas məqsədimiz şəhərimizin ekoloji mühitinin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və Novruz bayramı ərəfəsində Mingəçevirin daha gözəl və baxımlı görünməsinə töhfə verməkdir.
Şəhərimizin inkişafı və gözəlliyi naminə həyata keçirilən belə təşəbbüslərdə hər zaman fəal iştirak etməyə davam edəcəyik.
Birlikdə daha gözəl və yaşıl Mingəçevir üçün!
Rəylər
0 Rəy