Royal Cəfərov: "Xaldan bələdiyyəsi tərəfindən qəbirstanlıqlarda abadlıq işləri görülüb”
“Yevlax rayonu, Xaldan bələdiyyəsi tərəfindən bələdiyyənin əhatə etdiyi Ərəş, Xaldan, Quşçu, Əcəmi və Qaraoğlan kəndlərinin qəbirstanlıqlarında abadlıq və təmizlik işləri həyata keçirilmişdir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Royal Cəfərov deyib.
Sədr
qeyd edib ki, görülən işlər çərçivəsində qəbirstanlıq əraziləri alaq
otlarından təmizlənmiş, məişət tullantıları yığışdırılmış, ətraf sahələr səliqəyə
salınaraq ümumi abadlıq işləri aparılmışdır. Abadlıq işlərində bələdiyyə üzv, qulluqçuları
və könüllülər iştirak ediblər.
Bələdiyyə
tərəfindən qəbirstanlıqların təmiz və səliqəli saxlanılması, vətəndaşların
ziyarət zamanı daha rahat və nizamlı mühitlə qarşılaşması məqsədilə bu istiqamətdə
tədbirlər davamlı olaraq həyata keçirilir.
Xaldan
bələdiyyəsi ərazidə abadlıq və təmizlik işlərinin görülməsini bundan sonra da
diqqətdə saxlayacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy