Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-03-2026 , 08:31

166

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ceyhun Ələsgərov: “Vergi ödəyicilərimiz vergilərini vaxtında ödəmiş olsalar, bizdə onların qaldırdığı məsələlərin həllini sürətləndirə bilərik ”


 “Ötən il Məhəmmədi bələdiyyəsi kollektivin birgə səyi ilə yerli büdcə gəlirlərinin səviyyəsini 3.3 dəfə artıra bilib”-bu fikirləri Belediyye.infoya Abşeron rayon Məhəmmədli bələdiyyəsinin sədri Ceyhun Ələsgərov deyib. Sədr qeyd edib ki, rəhbərlik etdiyi bələdiyyə son 20 ildə ilk dəfədir ki bu uğura imza atır.

Bütün bu uğurla yanaşı bələdiyyənin ərazidə görüləsi, həyata keçiriləsi işləri çoxdir. Layihələrin icrası isə sözsüz ki, hər bir bələdiyyədən, o cümlədən bizdən  maliyyə vəsaiti tələb edir. Odur ki, bələdiyyənin vergi xidməti BAMS-ın verdiyi imkandan istifadə edir.

Sədr deyilənlərə əlavə edib ki, vergi ödəyicilərimiz vergilərini vaxtında ödəmiş olsalar, bizdə onların qaldırdığı məsələlərin həllini sürətləndirə bilərik.

Əldə etdiyimiz maliyyə vəsaiti ilə ərazidə irili-xırdalı kifayət qədər layihələr icra olunub. Bu layihələrin böyük əksəriyyəti sakinlərin müraciəti əsasında həyata keçirilib. Bir çox hallarda sakinlərin kollektiv müraciətləri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar verilir.

Bu günlərdə kəndin bir çox küçələrinə çınqıl tökülərək, yayılmış və bərkitmə işləri aparılmışdır.  Bununla yanaşı, kənd sakinlərinin, könüllülərin və mənzil-kommunal işçilərinin iştirakı ilə ərazidə iməcilik təşkil edilmişdir. İməcilikdə ərazi sahibsiz zibil tullantılarından təmizlənmiş, sakinlər arasında həm də maarifləndirmə işləri aparılmışdır.

Sədr sonda qeyd edib ki, ötən ilin dekabrında bələdiyyə iclasında təsdiq edilən büdcə layihəsinə əsasən ərazidə ilin sonunadək bir çox irihəcnli layihələrin icrası nəzərdə tutulur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər