Qara Nuru Bələdiyyəsi şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edib
Müqəddəs Ramazan ayı münasibətilə Saatlı rayonunun Qara Nuru Bələdiyyəsi tərəfindən şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub.
Tədbirdə
Saatlı rayon ictimaiyyətinin nümayəndələri, rayon ziyalıları, Qara Nuru Bələdiyyəsinin
tərkibində olan kəndlərin şəhid ata-anaları, qazilər, kənd sakinləri və bələdiyyə
işçiləri iştirak ediblər.
İftar
süfrəsi ətrafında edilən dualar şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizə
göstərilən diqqət və qayğının bariz nümunəsi olub.
Belə
tədbirlər cəmiyyətimizdə dinə və Allaha bağlılığın, milli-mənəvi dəyərlərə sədaqətin
və insanlara verilən yüksək dəyərin göstəricisidir.
Şəhid
ailələri və qazilərlə bir araya gətirmək, onların yanında olduğumuzu göstərmək
hər birimizin mənəvi borcudur. Bu cür təşəbbüslər həm birlik və həmrəylik
ruhunu gücləndirir, həm də gələcək nəsillərə örnək olur.
Saatlı
rayonu, Qara Nuru bələdiyyəsi
04.03.2026
Rəylər
0 Rəy