Bələdiyyə üzərinə düşən vəzifələri bundan sonra da...
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2025-ci ildə fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.
2025-ci ildə bələdiyyə 32 iclas keçirib. Daimi
komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 208 məsələ
salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə
olunmuş məsələlərdən 99-u icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə,
3-ü şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və
bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə,
16-sı maddi yardımlarla, 90-ı təşkilati və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə bələdiyyəyə 1183 ədəd ərizə və məktub daxil
olub. Bunlardan 65-i maddi yardımla, 136-ı sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq üçün və 118-i fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması
ilə, 3-ü tikinti və təmir işləri, 25-i ağac kəsimi və budanması ilə, 861-i
arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.
Maddi yardımla bağlı müraciət edənlərdən 33 nəfərə pul
yardımı edilib, digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə
bağlı müraciət edənlərdən 44 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri
ilə məşğul olmaq üçün icazə verilib, 21 nəfərin icarəsinə, 13 nəfərin mülkiyyətinə
torpaq sahələri ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq
sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 9 nəfər üçün qərar qəbul
edilib ki, bunlardan 1 nəfəri şəhid ailəsi, 1 nəfəri Qarabağ müharibəsi əlilidir.
İl ərzində bələdiyyəyə 861 nəfər arayış və məlumatla bağlı
müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların
müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa
müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar
verilib.
Bələdiyyə sədri tərəfindən 237 nəfər qəbul edilib,
qaldırılan məsələlərlə bağlı bələdiyyənin müvafiq komissiya və şöbələrinə
tapşırıqlar verilib.
Hesabat dövründə bələdiyyəyə rəsmi orqanlardan 503 ədəd sənəd
və məktub daxil olub. Onlardan 85-i Mərkəzi İcra Hakimiyyətlərindən, 4-ü Milli
Məclisdən, 87-i yerli İcra Hakimiyyətindən,
327-ı müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara
qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilib. Ədliyyə Nazirliyinin Bərdə
Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə,
təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə
üçün komissiya və şöbələrə göndərilb.
2025-ci ildə bələdiyyənin
gəlirləri 465.000 manat olub.
Gəlirlər
aşağıdakı mənbələrdən formalaşıb:
-fiziki şəxslərdən torpaq vergisi 10.547 manat;
-fiziki şəxslərdən əmlak vergisi 425.972 manat;
-bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində
mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 10.996 manat;
-bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və
turizim xidmətləri göstərən şəxslərdən alınan ödəniş 2.990 manat;
- bələdiyyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat
vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan ödəniş 3.630 manat;
-bələdiyyə əmlakının satışından daxil olan gəlirlər
115.255 manat ;
-icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı
160.064 manat;
-icarəyə verilmiş əmlakdan icarə haqqı 12.000 manat;
-Dövlət büdcəsindən ayrılan dotasiya 81.000 manat;
-bələdiyyənin digər fəaliyyətindən (“Dəfn mərasimi” xidmətləri
sahəsindən) gəlirlər 25.920 manat olub.
Qeyd edək ki, bələdiyyə
büdcəsinin gəlirləri ötən illə müqayisədə 13% artıb.
Hesabat dövründə bələdiyyənin xərcləri 385.703 manat olub. Xərclərin
istiqamətləri aşağıdakı kimidir:
-əmək haqqı və onunla bağlı sair ödəmələrə 229866 manat;
-əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari
sığortalar) 74922 manat;
-əmək
haqqına aid olan digər tutulmalara 7621 manat:
-dəftərxana
ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına
3208 manat;
-nəqliyyat
xidmətləri haqqının ödənilməsinə 4079 manat;
-rabitə
xidmətləri haqqının ödənilməsinə 2665
manat;
-ezamiyyə xərclərinə
1357 manat;
-İnventar və
avadanlığın alınmasına 10870 manat;
-qaz sərfi
haqqının ödənilməsinə 407.11 manat;
-su və
kanalizasiyadan istifadə haqqının ödənilməsinə 260 manat;
-abadlıq və
tikinti işlərinə 18586 manat;
-maddi
yardımlara 15022 manat;
-əsas vəsaitlərin
alınmasına 4531 manat;
-bank xidmətlərinə
1541 manat;
-mətbuata
abunə xərclərinə 1164 manat;
-mədəni-kütləvi
tədbirlərə 1653 manat;
-sair xərclərə
( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv
idarəsinə, audit yoxlamasına, bələdiyyə saytının abunə xərci, dövlət rüsumu,
poliqrafiya, biznes kartının balansının artırılması, hərracların təşkili mərkəzinə,
Ərazi-tikinti-planlaşdırma mərkəzinə, İcra-probasiya idarəsinə, Kabel
televiziya xidmətinə, Qiymətləndirmə
-təşkilatına,
BAMS onlayn xidmət mərkəzinə, mütəxəssis rəyinin alınmasına və s.) 16.875 manat
vəsait xərclənib.
2025-ci ildə
Mingəçevir bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib:
-20 Yanvar
və Xocalı soyqırımının qurbanlarının xatirələri yad edilib, müvafiq abidələr
ziyarət edilib.
-Milli Qəhrəman
Dilqəm Nağıyevin anım gününün keçirilməsinə maddi dəstək verilib.
-Beynəlxalq
Qadınlar Günü və Novruz bayramı münasibəti ilə bələdiyyədə tədbir keçirilib.
-Novruz
bayramına həsr olunmuş şəhər tədbirinin keçirildiyi S.Vurğun meydanı, arka və
mozaikalar cari təmir edilib, iməcilik keçirilib.
-“Korrupsiyaya
qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında” Dövlət Proqramının
icrası ilə bağlı məlumatlandırma tədbiri olub.
-“Suverenlik
və Konstitusiya” ili ilə əlaqədar məlumatlandırıcı “Dəyirmi Masa” təşkil olunub
və ağacəkmə kampaniyası keçirilib.
-Mingəçevir
Dövət Universitetində “Bələdiyyə könüllülüyü haqqında” infosessiya təşkil olunub.
-Bələdiyyə
üzvləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr
olunmuş elmi konfransda iştirak ediblər.
-Bələdiyyə
Ulu Öndərin xatirəsinə məktəblilər arasında şahmat turniri keçirib. Beş gün
davam edən turnirdə 100-ə yaxın gənc şahmatçı güclərini sınayıb. Ulu Öndərin
doğum günündə qaliblər bələdiyyə tərəfindən Fəxri Fərman və medallarla təltif
ediliblər.
-Mingəçevir
Dövlət Üniversitetində keçirilən “İxtisas bələdçisi” forumuna təşkilatı dəstək
göstərilib.
-Respublikada
ilk dəfə olaraq, bələdiyyənin təşkilatçılığı ilə 31 may-
1 iyun
tarixlərində I Mingəçevir Kitab sərgisi keçirilib. Sərgi Uşaqların Beynəlxalq
Müdafiəsi gününə həsr olunub. Sərgiyə
30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılıb, 10 minə yaxın kitab nümayiş
edilib.
Kitab sərgisində
fəallıq göstərən bələdiyyənin könüllüləri bələdiyyə və Azərbaycan Nəşriyyatları
Assosiasıyası tərəfindən mükafatlandırılıblar.
-Bələdiyyədə
təcrübə keçən MDU-nun tələbələrinə sertifikatlar verilib.
-Ədliyyə
Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları bələdiyyə üzv və
qulluqçularının iştirak ilə .Yarışlarda region üzrə eminar-müşavirə keçiriblər.
-Turizmin
inkişafı üçün Mingəçevir bələdiyyəsi ilə Mingəçevir Regional Turizm İdarəsi
arasında birgə fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.
-FHN Aran
Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə bələdiyyənin kollektivi ilə “Fövqaladə hallarla bağlı davranış
qaydaları” mövzusunda maarifətləndirici
tədbir keçirilib.
-27
sentyabr-Anım gününə həsr olunmuş “Dəyirmi Masa” keçirilib.
-“Şəhər
günü”nə həsr edilmiş “Bələdiyyə kuboku” uğrunda minifutbol yarışı
keçirilib. Qaliblər bələdiyyə tərəfindən kubok,medal, diplom və simvolik idman
hədiyyələri ilə təltif olunublar.
-“Konstitusiya
və Suverenlik ili”nə həsr olunmuş “Bələdiyyə
kuboku” uğrunda cüdo yarışları keçirilib. Yarışlarda region üzrə 12 çəki dərəcəsində
160-a yaxın uşaq və yeniyetmə iştirak edib. Qaliblər kubok, medal və
diplomlarla təltif olunublar.
-8 noyabr -
Zəfər bayramı münasibəti ilə tədbir keçirilib. Bələdiyyə qulluqçuları olan
müharibə veteranları bələdiyyə həmkarlar təşkilatı tərəfindən pul mükafatı ilə
təltif olunublar.
-Bələdiyyə
sədri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının hesabat
yığıncağında çıxış edərək vacib məqamlara toxunub.
-Bələdiyyənin
təşkilatçılığı ilə şəhər miqyaslı “Sağlam gələcək naminə narkomaniyaya yox deyək”
mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin,
Şəhər Narkoloji Dispanserin, Rayonlararası Ruhi Əsəb Xəstəlikləri
Dispanserinin, şəhər polis şöbəsinin, şəhər mərkəzi xəstəxanasının nümayəndələri,
tələbələr, QHT və KİV təmsilçiləri istirak ediblər.
-Ümummilli
Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Sən eıə bir zirvəsən”
mövzusunda “Dəyirmi Masa” təşkil olunub.
-Uşaq
Nevroloji Sanotoriyasında müalicə olunan 20 uşaq və inkluziv təhsil alan,
sağlamlıq məhdudiyyəti olan 55 şagird üçün bayram tədbirləri keçirilib. Onlara
bələdiyyə tərəfindən hədiyyələr təqdim olunub.
-Dünya azərbaycanlılarının
Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bələdiyyənin üzv və
qulluqçularının istirakı ilə bayram tədbiri keçirilib.
-Bələdiyyə
sədrinin və üzvlərinin iştirakı ilə il ərzində
müxtəlif görüşlər təşkil olunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlham
İsmayılovla, Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə, şəhid ailələri ilə,
qazilərlə, şəhər Ağsaqqaları Şurasının üzvləri ilə, idmançı Rövşən Xəlilovla, bələdiyyənin
könüllüləri ilə, məhəllə komitələri ilə (A.Məmmədov küçəsi 6/1, Naxçıvan küçəsi
48, N.Nərimanov pr. 45, N.Nərimanov pr. 44, Ş.İ.Xətai küçəsi 14, A. Məmmədov
küçəsi 5a, M.P.Vaqif küçəsi 12
saylı binaların sakinləri ilə) maraqlı
görüşlər olub.
Hesabat dövründə əhalinin həssas qruplarına
müxtəlif cür yardımlar edilib: Qurban bayramı ilə əlaqədar şəhid
ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə 500 kq qurban əti
paylanıb.
Şəhid ailəsi
Telman Nağıyevə 100 manat, şəhid bulağının tikintisi üçün şəhid qardaşı Mehman
Ağakişiyevə 1044 manat, Yeni il şənliyinin keçirilməsi üçün şəhid atası Ariz
İbrahimova 250 manat, I qrup Qarabağ müharibəsi əlili Əbulfət Məmmədova 50
manat, imkansız ailələr Leyla Ağalarovaya övladının təhsil haqqının ödənilməsi
üçün 250 manat, Adilə Qurbanovaya və Cavid Cavadova övladlarının müalicəsi üçün
250 manat, 1-ci qrup əlil Mübariz İmamverdiyevə 50 manat, 2-ci qrup əlil Əlixan
Əliyevə 50 manat, bələdiyyə qulluqçusu, fəhlə Rəfail Məmmədova 100 manat maddi
yardım edilib. Ümumilikdə, il ərzində 33 nəfərə 6974 manat pul yardımı verilib.
Şəhid ailələri
Oruc Əhmədova, Buluş Elyasovaya, Nəhayət Həsənovaya, Reyhanə Ağakişiyevaya və
Kamran Osmanova şəhid bulaqlarının yanına qoyulması üçün 12 ədəd oturacaq verilib.
Hesabat
dövründə Bələdiyyə tərəfindən müxtəlif ünvanlarda abadlıq işləri aparılıb.
-20 Yanvar
küçəsi 18,20,22 saylı binaların qarşısındakı mini-parkda yenidənqurma-abadlıq
işləri görülüb. Belə ki, yararsız vəziyyətə düşmüş parkda oturacaqlar təmir
olunaraq rənglənib, idman qurğuları yenilənib, mini-futbol meydançası və qurğuların
yerləşdiyi sahə asfaltanıb, yeni kölgəlik qoyulub, ağaclar budanıb, ərazi
abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
-Sakinlərin
müraciəti əsasında şəhid Hüseyin Abbasəliyev küçəsində təmizlik işləri
aparılıb, ərazidə səliqə-sahman yaradılıb.
-Şəhid ailələrinin
müraciətləri əsasında Şəhidlər
Xiyabanının yaxınlığında, A.Məmmədov küçəsi,
16 saylı binanın qarşısısında yerləşən xeyr-şər mağarı təmir edilib.
-Məhəllə
komitəsinin müraciəti ilə A. Məmmədov
küçəsi 5a saylı binanın qarşısındakı xeyr-şər mağarının əsaslı təmiri üçün
tikinti materialları alınaraq sakinlərə verilib.
“Qeyri-yaşayış
təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası Prizdentinin 14 iyun 2023-cü il
tarixli 2181 nömrəli Fərmanının icrası ilə əlaqədar müraciət edən 13 sahibkarın
mülkiyyətinə 0,1307 ha, 21 sahibkarın icarəsinə 1,034 ha torpaq sahəsi verilib.
Eyni zamanda kənd təsərrüfatı ilə məşğul
olmaq üçün 1 nəfərin icarəsinə 1,8 ha torpaq sahəsi ayrılıb. 9 nəfərin
isdifadəsində olan fərdi ev tikintisi üçün 0,3251 ha torpaq sahəsi onların
mülkiyyətinə verilib.
Sonda qeyd
edək ki, 2026-cı il üçün bələdiyyə büdcəsinin proqnozu müzakirə edilərək təsdiqlənib.
Həyata keçiriləcək sosial layihələrin, ekoloji və iqdisadi inkişaf
proqramlarının siyahısı dəqiqləşdirilib və iş planına salınıb.
Əminik ki,
bundan sonra qarşıya çıxan problemləri aradan qaldıraraq daha çox yerli əhəmiyyətli
məsələlərin həlli üçün bələdiyyə üzv və qulluqçuları öhdələrinə düşən vəzifələri
layiqincə yerinə yetirəcək, potensiallarından tam istifadə edəcəklər.
Anar İsmayılov
Mingəçevir
bələdiyyəsinin sədri
Rəylər
0 Rəy