Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-01-2026 , 16:54

828

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Təltif edilənlər sırasında bələdiyyə sədri də var

Xəbər verdiyimiz kimi, bu günlərdə Goranboy şəhərində RİH Başçısının illik hesabat iclası keçirilib. Toplanıtda  “2025-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələr barədə” Goranboy RİH Başçısının keçirilən illik hesabat iclasında Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, RİH Başçısı yanında Şuranın üzvləri, o cümlədən hüquq mühafizə orqanlarının və rayonun xidmət sahələrinin rəhbərləri, RİH yanında İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak ediblər.

İclasın sonunda, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən şəxslərə və xidməti fəaliyyətlərinin yerinə yetirilməsində müsbət nəticələr göstərən bir qrup əməkdaşlara rayon İcra Hakimiyyəti Başçısının “Fəxri Fərman”ları təqdim edilib.

“Fəxri Fərman” alan şəxslər sırasında rayonun Düzqışlaq bələdiyyəsinin sədri Mətin Papırlı  da var. Sədr bələdiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la təltif edilib.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər