Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-04-2025 , 20:38

725

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Ötən il ölkə bələdiyyələrinin büdcə gəliri 15 faizədək artıb


Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2024-ci ildə ölkə  bələdiyyələrinin büdcə gəliri 62.359.100 olub. Bu 2023-ci llə müqayisədə 14.4 faiz çox deməkdir. Qeyd edək ki, 2023-ci ildə ölkə bələdiyyələrin büdcə gəliri 54.505.000  manat olub.  Əldə edilən gəlirlərin 43.6 faizi vergilərdən, 56.4 faizi isə rüsumlardan olub.  Büdcə gəlirinin 12.5 faizi torpaq, 31.1 faizi isə əmlak vergisindən daxil olub.

Ölkə bələdiyyələrinin büdcə gəlirin 36.2  faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən, 4.0 faizi mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən, 0.5 faiz bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpa sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən,  0.3 faizi avtodaynacaqlardan, 0.9  fiziki və hüquqı şəxslərin maliyyə yardımlarından daxil olub.

Ölkə bələdiyyələrinə 2024-cü ildə 7.734.300 manat dotasiya və subvensiya ayrılıb.

Ölkə bələdiyyələri ötən il ərzində mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərin həcmini 28 faiz, əmlak vergisinin həcmini 27.3 faiz, torpaq  vergisinin həcmini isə 5.4 faiz  artırıb.

Ötən il bələdiyyə müəssisələrindən daxil olan mənfəət vergisinin həcmi 13.200 manat olub

Bununla yanaşı daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişlər həcmi cəmi 44.500 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərin həcmi isə 327.300 manat, bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən daxil olan vəsatin həcmi isə  8.945.600 manat təşkil edib.

İlk dəfədir ki, ölkə bələdiyyələrin büdcə gəlirli ümumilikdə 62 milyon manatı kecib. Bu rəqəmin də 20 milyon manata yaxın hissəsi  paytaxt bələdiyyələrinin üzərinə düşüb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1396

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
691

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
732

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
781

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə

Gündəlik Xəbərlər
26-03-2025
1054

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
858