Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-03-2025 , 18:17

696

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Assosiasiyada  8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasında (ABMA) 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə  ABMA-nın məsul vəzifəli şəxsləri və kollektiv üzvləri iştirak ediblər.

Tədbirdə  Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin  sədri Təmraz Tağıyev çıxış edərək bildirib ki, 8 Mart tarixi iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

Bu gün sonuncu seckilərdən sonra seçilən 8000 artıq üzvün, habelə formalaşdırılan 681 bələdiyyənin müəyyən bir hissəsini  qadınlar təşkil edir. Bununla yanaşı bələdiyyələrdə saysız-hesabsız qadın bələdiyyə qulluqçusu fəaliyyətdədir.  Onların bir qismi də ABMA-da çalışır.

Sədr çıxışında qeyd edib ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda savaşda canlarından keçən qəhrəmanlar nəslini yetişdirmiş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar. Bu gün müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda bələdiyyə sistemində çalışan qadınların da xüsusi xidmətləri var.

Tədbirdə çıxış edən ABMA-nın koordinatoru Aydın Muradov qeyd edib ki,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət başçımızın ən yaxın silahdaşı olaraq dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim etmiş, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin, ölkəmizin ictimai-siyasi və mədəni həyatının dinamik inkişafına yönəldilmiş əzmkar fəaliyyəti ilə хalqımızın böyük rəğbətini qazanmışdır.  

Aydin Muradov bildirib ki, bu gün ölkəmizdə, o cümlədən bələdiyyələr tərəfindən milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda  layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Sonda  ABMA-da çalışan xanım qulluqçular onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

ABMA-olaraq Azərbaycan qadınlarını, o cümlədən bələdiyyə üzv və qulluçularını təbrik edir, onlara səadət, cansağlığı arzulayırıq!


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
997

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
772

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1515

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
771

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
812

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
858

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə

Gündəlik Xəbərlər
26-03-2025
1124