Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-04-2025 , 20:35

669

Son xəbərlər

Bütün xəbərlər

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

İsrafil Hüseynov: “Sənədsiz əmlakın qeydiyyat problemi öz həllini tapmış olsa Buzovna bələdiyyəsinin büdcə gəlirləri ən azı   35-40 fazi  arta bilər”

“Bələdiyyələrin fəaliyyəti üçün geniş imkanlar yaradılıb, Hazırda bələdiyyələrin ölkəmizin sosial-iqtisadi və mədəni  həyatında rolu əvəzsizdir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.

Sədr bildirib ki, bu gün  bələdiyyələrin geniş fəaliyyət sferasının təmin olunması üçün müstəqil maliyyə-təsərrüfat bazası yaradılmasına imkan verən qanunlar qəbul edib.  Bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi üçün bu günə qədər 20-dən çox qanun, əsasnamə və s. qanunvericilik aktı qəbul edilib.  Bu gün Buzovna bələdiyyəsi də fəaliyyətini məhz bu qanunlara istinadən həyata keçirir. Qeyd edim ki, müəyyən səlahiyyətlər çərçivəsində vergi və rüsum toplamaq imkanlarının yaradılması yerli özünüidarəetmə orqanlarının müstəqil maliyyə strukturu formalaşdırmaq və bununla da yenidənqurma-bərpa işlərini həyata keçirmək istiqamətində "yaşıl işıq" yandırır.

Qanunvericilik göstərir ki, fiziki şəxslərdən əmlak və torpaq  vergisini toplamaq səlahiyyətlərini bələdiyyələr həyata keçirir.

Lakin məsələ ondadır ki, bu gün bələdiyyələrin, o cümlədən Buzovna qəsəbəsinin inzibati ərazisində kifayət qədər hüquqi statusu bilinməyən, yəni çıxarışı olmayan əmlakın olması bələdiyyənin büdcə gəlrilərinə öz təsirini göstərimiş olur. Hər halda çıxarışın əldə olunması vətəndaşa çox böyük üstünlüklər verir. Lakin mövcud problemin olması   bələdiyyəyə əlavə maliyyənin daxil olmasına imkan vermir. Təəssüf ki, prosesin uzanması nəticə etibari ilə  bələdiyyənin  sabit büdcə gəlirinin yaranmasını da ləngidir.

Bütün bu çətinliklərə baxmayaraq bələdiyyənin vergi xidmətinin əməkdaşları əvvəlki  illərdə qurulmuş sistemə uyğun olaraq çalışır və ən əsası BAMS-ın verdiyi imkandan yararlanır.

Düşünmək olar ki, sənədsiz əmlakın qeydiyyat problemi öz həllini tapmış olsa Buzovna bələdiyyəsinin büdcə gəlirləri ən azı   35-40 fazi  arta bilər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

ABMA- da görüş keçirilib

Bakı
07-04-2025
397