Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-03-2025 , 21:33

959

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Daim  vətəndaş məmnunluğunun təmin edilməsi və seçki öncəsi verdiyimiz vədi yerinə yetirmək üçün çalışırıq”

"Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət dayanır"-bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.

Bu gün hər bir dövlət qurumu ilə yanaşı, bələdiyyənin fəaliyyətinin güzgüsü vətəndaş məmnuniyyətinin təmin olunmasıdır.

Sədr xüsusi ilə qeyd edib ki, dövlət başçısı İlham Əliyev vətəndaşlara və onların problemlərinin həllinə daim qayğı və diqqətlə yanaşaraq çıxışlarında vətəndaş məmnunluğunu önə çəkir, məmurlardan  vətəndaşların  problemlərinə xüsusi diqqətlə yanaşmağı tələb edir, dövlət və vətəndaş arasında münasibətin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş məmnunluğunun təmin olunması üçün nəzarətin gücləndirilməsinə xüsusi önəm verir.

Biz də Buzovna bələdiyyəsi olaraq cənab Prezidentin bu tələblərinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsinə, seçki öncəsi verdiyimiz vədi yerinə yetirmək üçün çalışırıq.

Elə bu səbəbdəndir ki, Xəzər RİH-in təşəbbüsü və sakinlərin müraciət əsasında qəsəbənin Nadir Axundov küçəsinin birinci döngəsində ciddi təmirə ehtiyacı olan hissəyə asfalt salınmışdır. Təxminən 250 metrlik ərazidə eni beş metr olmaqla yola çınqıl tökülərək bərkitmə işləri aparılmış və sonra 1250 kv.m əraziyə asfalt vurulmuşdur.

“Ramazan günlərində Buzovna bələdiyyəsi şəhid və qazi sakinlərimizi də unutmuruq”- bu fikirləri də İsrafil Hüseynov deyib . Belə ki, həftə ərzində 54 şəhid və qazi ailərinə ərzaq yardımı göstərilmişdir.

Buzovna bələdiyyəsi daim fəaliyyəti ilə vətəndaş məmnuniyyətinin təmin edilməsi üçün bundan sonra da var qüvvəsi ilə çalışacaqdır.