Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-03-2025 , 18:39

1212

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

“Şağan bələdiyyəsi” adlı foto albomu işıq üzü görüb

“Şağan bələdiyyəsi” adlı  foto albomu işıq üzü görüb”-  bu barədə Belediyye.infoya məlumatı layihənin rəhbəri Sevinc Atayevə bildirib.

Hesabat xarakterli foto-albomda Xəzər rayonu Şağan bələdiyyəsinin son beş ildəki fəaliyyətinə qısa bir nəzər yetirilib, o cümlədən son illər ərzində əldə olunan uğurlara toxunulub, habelə bələdiyyənin  son üç ildəki hesabatlarına yer ayrılıb.     

Kitabda həmçinin Şağan bələdiyyəsinin ötən illər ərzində həyata keçirdiyi layihələrə, həmçinin Şağan kəndinin tarixi, tanınmış simaları, habelə son beş ildə keçirilən seçkilərdə qalib olmuş bələdiyyə üzvlərinin siyahısı da daxil edilib.

250 tirajla çap olunan foto-albom geniş oxucu kütəsi üçün nəzərdə tutulan həm də bir yaddaş kitaçasıdır. Belə ki, ötən il qanunvericiliyə edilən dəyişiklikdən  sonra Şağan bələdiyyəsi qonşu Mərdəkan bələdiyyəsinə birləşdirilib.

Layihə rəhbəri olan Sevinc Atayevanın foto albomdakı ön sözünü oxuculara olduğu kimi təqdim ediirik. 

****                                                 

“Azərbaycan Respublikasının Konstitusiyasına görə yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Bələdiyyə demokratik əsaslarla seçilən, yerli özünüidarəetmə hüquqlarını yerinə yetirən, üzərinə götürdüyü vəzifələri müstəqil həyata keçirən, əhali qarşısında vaxtaşırı hesabat verən və fəaliyyətinə görə məsuliyyət daşıyan bir qurumdur.

1995-ci ildən etibarən bələdiyyəçiliyin nəzəri və təcrübi əsaslarını qurmaq istiqamətində ciddi işlər aparılmağa başlanıldı. Respublikanın parlament tarixində ilk dəfə olaraq, formalaşdırılmış yerli və regional idarəetmə məsələləri üzrə daimi deputat komissiyası bələdiyyələr üçün qanunlar paketi hazırladı. 1999-cu ildən bu günə qədər Milli Məclisdə qəbul olumuş 200 adda qanun praktikaya tətbiq edildi. Bununla yanaşı, çoxsaylı qərarlar, sərəncam və əsasnamələr var.

Beləliklə, özünüidarəetmənin əsas hüquqi bazası yaradıldı. Ölkədə bu sahədə çox işlər görülüb. Konstitusiyaya uyğun olaraq, yerli özünüidarəetmə orqanları qarşısında duran vəzifələrin öhdəsindən gəlmək üçün səylə çalışmalı, cəmiyyətə xidmət etməlidir.

Artıq əhalidə bələdiyyələrin fəaliyyətinə müəyyən dərəcədə maraq var. Lakin bu fəaliyyətin istənilən səviyyədə olmasını şərtləndirən bir sıra amillər mövcuddur.

Ötən il bələdiyyə qanunvericiliyinə edilən dəyişiklikdən sonra Şağan bələdiyyəsi Mərdəkan bələdiyyəsinə birləşdirildi.

Buna baxmayaraq, qələmə alınan bu kitab Şagan bələdiyyəsinin 25 illik fəaliyyətinə qısa nəzər salan yaddaş kitabı olacaq. İstər əvvəlki illərdə, istərsə də son üç ildə Şağan bələdiyyəsi fəaliyyəti ilə həm seçicilərə verdiyi sözü tutdu, həm də bələdyyənin əvvəlki illərdə yığılıb qalmış DSMF və digər borclarını bağlayaraq yadda qaldı. Hər halda fəaliyyətimizlə sakinlərin qaldırdığı məsələlərin həllinə maliyyə imkanları çərçivəsində nail ola bildik. Sözsüz ki, fəaliyyətimizdə müəyyən çətinlklərlə də üz -üzə qaldıq. Ancaq bu bizi ruhdan salmadı. Kollektivin birgə səyi ilə bütün çətinlikləri dəf edə bildik.

Bütün bələdiyyə üzv və qulluqçularına bu fəaliyyətimiz dövründə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm! 

Ümid edirəm ki, qəsəbəmizin və bələdiyyələrin inkişafı naminə bundan sonra da mühüm addımlar atılacaq və biz də bir qəsəbə sakini olaraq, görüləcək işlərə hər zaman töhfə verməyə hazır olacağıq.

Hamıya uğurlar arzu edirəm!  Sevinc Atayeva”


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

ABMA- da görüş keçirilib

Bakı
07-04-2025
654