Bələdiyyə tərəfindən daha 30 ailəyə ərzaq yardımı göstərilib
“Şüvəlan qəsəbəsi ərazisində yaşayan şəhid, qazi və aztəminatlı ailələlərin daha bir qrupuna ərzaq yardımı aksiyasında bələdiyyə qulluqçuları və könüllüləri fəal iştirak ediblər”- bu barədə Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov bildirib.
Həyata keçirilən daha bir sosial aksiya çərçivəsində 30 şəhid,
qazi və aztəminatlı ailəyə ərzaq yardımı
göstərilib.
Qeyd edək ki, bələdiyyə tərəfindən keçirilən belə sosial aksiyalar ölkəmizdə həssaq
qrupa aid ailələrin sosial
rifahına dəstək sahəsində dövlətin apardığı işlərə əlavə bir dəstəkdir.
Sədr qeyd edib ki, sakinlərlə hər bir görüşdə onlara bələdiyyənin son illərdə həyata keçirdiyi sosial aksiyalar barəsində qısa məlumat verilmiş, bələdiyyə iclasının qərarıyla həmişə olduğu kimi cari ildə də sosial aksiyaların davam etdiriləcəyi bildirilmişdir.
Belediyye.info