Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-03-2025 , 12:33

964

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Təmraz Tağıyev: “Paytaxda şövqlə keçirdiyimiz Novruz bayramını Qərbi Azərbaycanda da keçirmək bizlərə qismət olacağına inanırıq”

 

 

“Nərimanov rayonu paytaxtın mərkəz rayonlarından biri  olaraq, həm də  Qərbi Azərbaycanlıların ən çox məskunlaşdığı rayonlardandır.” – bu fikirləri Qərbi Azərbaycan icması Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev bildirib.

Təmraz Tağıyev bildirib ki,  Nərimanov RİH-in təşkilatçılığı ilə xalqımızın milli bayaramı olan Novruz bayramı rayonda böyük coşqu ilə qeyd edilib. Rayon ərazisində yerləşən Nərimanov parkında genişməzmunlu sərgi və  möhtəşəm bayram konserti təşkil edildi. Bu bayram tədbiri bir daha nümayiş etdirdi ki, uzun illər yurd həsrəti çəkən Qərbi Azərbaycanlıları da  bu illər boyu öz milli adət-ənənələrini  qoruyub saxlamış, böyüməkdə olan nəslə ötürə bilmişlər.

Rayon təşkilatı olaraq daim əlaqə saxladığımız rayonumuzun ən yaşlı xanımı 102 yaşlı  Fatma İsmayılova da, belə bu adət ənənələrini qəlblərində  yerli-yataqlı daşımaqla hər birimizdə bir ümud çırağı yandırıb.  Bu gün hər bir Qərbi Azərbaycanlı ürəklərində saxladıqları  xatirələrdə o illərin adət ənənlərinin xüsusi  yeri var və hər birimiz Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə doğma yurda qayıdacaqları günü səbrsizliklə gözləyirik. İnanırıq ki,  o gün uzaqda deyil. Hətta yaşlı insanlarımızı belə yaşadan məhz bu  inamdır.

İnanırıq ki, paytaxda belə şövqlə keçirdiyimiz Novruz günlərini məhz Qərbi Azərbaycanda da keçirmək bizlərə qismət olacaq.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

ABMA- da görüş keçirilib

Bakı
07-04-2025
467