Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-08-2026 , 22:06

155

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səkinə Kərimova: “Bələdiyyədə vergi-uçot sistemi düzgün qurularsa...”

“Kollektivin hər bir üzvü inzibati ərazi daxilində vətəndaş məmnunluğunun  təmin edilməsi üçün bu gün bütün qüvvəsini səfərbər edib”-bu fikirləri Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova bələdiyyənin vergi və ödənişlər şöbəsinin müdiri Tamilla Muradova və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə deyib.

Sədr qeyd edib ki, məmnunluğun təmin edilməsi hər bir bələdiyyədən maliyyə vəsaiti tələb etdiyindən bələdiyyənin vergi və ödənişlər şöbəsi daim vergi ödəyiciləri ilə görüşləri təşkil etməklə mövcud problemlərin aradan qaldırılmasına öz dəstəyini göstərir.

Sədrin fikrincə, bələdiyyədə vergi-uçot sistemi düzgün qurularsa, həmçinin yenilənmiş və təkmilləşdirilmiş Bələdiyyələrin Vahid İnformasiya Sisteminin yaratdığı imkanlardan lazimi şəkildə istifadə edilərsə, büdcə vəsaitlərinin toplanılmasında hər hansı problem yaranmaz.  

Ancaq bəzi  hallarda bələdiyyənin  vergi və ödənişlər şöbəsi borclu vətəndaşlarla bağlı məsələrin həllində çıxılmaz duruma düşəndə İcra-probasiya şöbəsinə müraciət etmək məcburiyyətində qalır.

Görüşdə bildirilib ki, 2026-cı ilin hesabat dövründə Balaxanı bələdiyyəsi tərəfindən vergi və ödənişlərlə bağlı mübahisəli halların həlli məqsədilə bir sıra işlər icra-probasiya şöbəsinə yönləndirilmişdir. 2026-cı ilin yanvar-iyul ayları üzrə icra-probasiyaya göndərilən aktlardan daxil olmalı olan ümumi vəsaitin həcmi 8.186 manat təşkil edib. Bu müddət ərzində isə icradan daxil olan ödənişlərin ümumi həcmi 4.913 manat olmuşdur. Müraciətlərin 60 faizədək hissəsində artıq ödəniş təmin edilib. Və bu proses şöbənin daim diqqətindədir.

İcra -probasiydan aylar üzrə daxil olan vəsaitə toxunan sədr qeyd edib ki, ötən aylarda ən yüksək ödəniş aprel və may aylarında olub. Belə ki, bələdiyyə büdcəsinə icra-probasiya istiqamətindən  aprel  ayında  1035 manat, may ayında isə  1167 manat vəsait daxil olub.

Görüşdə  həmçinin qeyd edilib ki, 2024-cü ilin ilk altı ayında büdcə gəlirləri 55.396 manat, 2025-ci ildə 68.280 manat, cari ildə isə 78.123 manat  olmuşdur. Beləliklə, 2024-cü illə müqayisədə gəlirlər  təxminən 41%, 2025-ci illə müqayisədə isə təxminən 14% artmışdır.

Sədr qeyd edib ki, büdcə gəlirlərindəki bu artım vergi inzibatçılığının gücləndirilməsi və ödəniş intizamının yüksəlməsi ilə bağlı olub.

Görüşdə əldə edilən vəsaitlə vətəndaşların qaldırdığı problemlərin həllinə yönəldiyi də qeyd edilib. Belə ki, qəsəbənin Təbriz Xəlilbəyli və Möhsün Sənani küçələrinə  asfalt qırıntısı yayılaraq məhəllədaxili yollarda cari təmir işləri aparılmışdır. Bununla yanaşı bələdiyyənin balansında olan xristian qəbirstanlığında da sökülmüş hasarların bərpası həyata keçirilmişdir.

Görüşdə iştirak edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli bələdiyyənin fəaliyyəti ilə bağlı öz fikir və mülahizələrini bildirib və yaranan suallara aydınlıq gətirib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər