Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-08-2026 , 20:32

166

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nailə Nəsirova: “Müntəzəm olaraq keçirilən bələdiyyə iclaslarında vətəndaşların qaldırdığı məsələlər müzakirə edilir

Bu gün Zabrat bələdiyyəsinin əsas vəzifəsi hər bir sakini narahat edən məsələnin həllini diqqətdə saxlamaqdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Nailə Nəsirova deyib.

Sədrin sözlərinə görə, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə bələdiyyəyə müraciət edən hər bir sakin bələdiyyənin rəsmi şəxsləri tərəfindən qəbul edilir, dinlənilir və bələdiyyədən asılı olan məqamlar tez bir zaman kəsiyində öz həllini tapır. Bələdiyyədən asılı olmayan məsələlərin həlli isə diqqətdə saxlanılır.

Hər ay müntəzəm olaraq keçirilən bələdiyyə iclaslarında məhz vətəndaşların qaldırdığı məsələlər müzakirəyə çıxarılır.

Sədr qeyd edib ki, bu günlərdə bir qrup vətəndaş müraciətinin bələdiyyə iclasında müzakirəsi zamanı  qəsəbənin Kərim Kərimov küçəsində cari təmir işlərinin aparılması qərara alınıb.

Layihənin icrası ilə bağlı küçənin 840 kv.m-lik hissəsinə asfalt qırıntısı tökülərək bərkitmə işləri aparılmışdır. Bununla yanaşı küçənin həmin hissəsi  bərk məişət tullantılarından təmizlənmiş və abadlaşdırılmışdır.

Zabrat bələdiyyəsi qəsəbədə aparılan abadlıq-quruculuq işlərinə öz töhfəsini bundan sonra da  verəcəkdir.

 Belediyye.info



  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər