Əziz Zeynalov: “Rayon ərazisində həyata keçirilən layihələrə Nəsimi bələdiyyəsi də öz töhfəsini verir”
“Nəsimi rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq layihələrinə bələdiyyə olararaq bizdə öz töhfəmizi veririk”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr qeyd edib ki, bu gün Nəsimi RİH tərəfindən, habelə müvafiq
qurumlar tərəfindən rayon ərazisində əhalinin rahatlığının təmin olunması, rayonun
infrastrukturunun müasirləşdirilməsi və yaşayış mühitinin yaxşılaşdırılması
istiqamətində ardıcıl işlər görülür. Rayon ərazisində həyata keçirilən layihələrə
Nəsimi bələdiyyəsi də öz töhfəsini verir.
Ötən altıaylıq bir dövrdə Nəsimi bələdiyyəsi tərəfindən də
rayonun müxtəlif ərazilərində abadlıq və təmir-bərpa layihələri həyata keçirilib.
Bələdiyyə iclası tərəfindən təsdiq edilən proqrama əsasən Bu çərçivədə Xətai
prospekti 38, Alı Mustafayev küçəsi 6, 15, 17, Azadlıq prospekti 125, Dilarə
Əliyeva küçəsi 175 ünvanlarında təmir-bərpa və asfaltlama işləri aparılıb,
Azadlıq prospekti 125 ünvanında isə yeni söhbətgah istifadəyə verilib.
Bələdiyyə tərəfindən həyata keçirilən bir sıra layihələr Nəsimi
RİH -in təşəbbüsü ilə həyata keçirilib.
Sədr açıqlamasında daha sonra qeyd edib ki, rayonda abadlıq, yenidənqurma və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr bundan sonra da planlı şəkildə davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy