Yasamal bələdiyyəsində Türkiyəli həmkarları ilə görüş keçirilib
Yasamal Bələdiyyəsində Türkiyənin Əskişəhər vilayətinin Odunpazarı bələdiyyəsinin nümayəndələri ilə əlaqələrin inkişaf etdirilməsi və təcrübə mübadiləsi məqsədilə görüş keçirilmişdir.Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov ilk öncə qonaqlara Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun salamlarını çatdırdı və qeyd etdi ki, bu kimi görüşlər Azərbaycan və qardaş ölkə bələdiyyələri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Odunpazarı bələdiyyəsinin sədri Kazım Kurt Azərbaycan və Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından danışaraq məmnunluq ifadə edib.Digər çıxış edənlər Odunpazarı bələdiyyəsinin üzvləri İnci Şentuna,Nihad Çuhadar,Salim Alper Kayar,Yasmal bələdiyyəsinin sədr müavini Fuad Mirələmov və Yasamal Rayon İcra Hakimiyyətinin sektor müdiri Samir İsmiyev hər iki ölkədə yerli özünüidarəetmənin təşkili, fəaliyyəti və inkişaf xüsusiyyətlərindən danışdılar.Görüşdə Ulu öndər Heydər Əliyevin ölkəmizin bələdiyyə sisteminin formalaşmasında və inkişafındakı rolu barəsində ətraflı danışılıb , o cümlədən yaxşı təcrübə mübadiləsi aparılıb.
Sonda Bələdiyyə sədrləri bir-birlərinə hədiyyələr təqdim edib və xatirə şəkilləri çəkdirildi.
Yasamal bələdiyyəsi
Rəylər
0 Rəy