Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-06-2026 , 10:51

134

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səbail bələdiyyəsinin sədri vətəndaşlarla növbəti səyyar görüş keçirib

Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. Məlumatda qeyd edilir ki, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bələdiyyə üzvləri və əməkdaşları ilə birlikdə rayonun 20-ci sahə yaşayış massinvindəki Şahlar Allahverdiyev küçəsində vətəndaşlarla səyyar görüş keçirmişdir.

Görüş zamanı sakinlərin müraciətləri dinlənilmiş, əsasən kanalizasiya sisteminin vəziyyəti, ərazilərin abadlaşdırılması və təmir işləri ilə bağlı qaldırılan məsələlər müzakirə olunmuşdur.

Müraciətlər nəzarətə götürülmüş, onların mərhələli həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Daha sonra II Qarabağ müharibəsi şəhidləri Qənbərov Bilal Xanlar oğlu və Qurbanov Murad Asif oğlunun abidələri ziyarət edilmiş, önünə gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad olunmuşdur.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər