Osman Quliyev: “Hələ ki əldə etdiyimiz nəticələr bizi qane etmir”
“Bu gün Qobustan bələdiyyəsinin sistemli fəaliyyətinin nəticəsidir ki, 2024-cü ilin ilk beş ayı ilə müqayisədə ümumi büdcə gəlirlərində 25 faizlik artım müşahidə olunub”- bu fikirləri Belediyye.infoya Qaradağ rayonu Qobustan bələdiyyəsinin sədri Osman Quliyev deyib.
2024-cü illə müqayisədə cari ilin ilk beş ayı ərzində torpaq
vergisində 19 faiz, əmlak vergisində isə 35 faizlik artım müşahidə olunub.
Ötən dövrdə ki, əldə olunan gəlirlərin istiqamətlərinə
toxunan sədr qeyd edib ki, 2024- cü ilin
ilk beş ayı ərzində ümumi olaraq əldə olunan
10.740 manat vəsaitin 2.887 torpaq vergisindən, 5.153 manatı əmlak
vergisindən, 2.700 manatı bələdiyyə
mülkiyyətinin icarəsindən daxil olub.
2025- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 10.817
manat vəsaitin, 3.442 torpaq vergisindən, 4.746 manatı əmlak vergisindən, 2.628 manatı bələdiyyə mülkiyyətinin icarəsində
daxil olub.
2026- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 13.342
manat vəsaitin, 3419 torpaq vergisindən, 6923 manatı əmlak vergisindən, 3.000
manatı bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.
Sədr qeyd edib ki, cari ilin ilk beş ayı ərzində əldə
etdiyimiz nəticələrdə irəliləyiş olsa da bu nəticələr bizi qane etmir.
Bu gün bələdiyyənin vergi xidməti BAMS proqramının verdiyi
bütün imkanlardan yaralanır.
Lakin əvvəl ki illərdə ötürülmüş boşluqlar bizi yüksək nəticələri
əldə etməyə hələki imkan
vermir. Amma kollektiv ruhdan düşmür, daha uğurlu nəticələr əldə etmək üçün var
qüvvəsi ilə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy