Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-06-2026 , 14:39

146

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mikayıl Müşfiqin 118 illiyi qeyd olundu

Yasamal rayon icra hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin dəstəyi ilə təşkil olunan görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 118 illiyi qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları Mikayıl Müşfiqin İnşaatçılar prospektindəki abidəsi önünə toplaşaraq ənənəyə sadiq qalaraq görkəmli şairi yad etdilər.

Çıxış edənlər qeyd etdilər ki, görkəmli şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnən Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, şair, tərcüməçi Mikayıl Müşfiqin şəxsiyyəti və yaradıcılığı gənc nəslin milli-mənəvi şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

İstanbul liseyinin şagirdləri şairin həyatı və yaradıcılığı haqqında məlumatlar təqdim edərək bədii kompozisiyalarla çıxış etdilər.

Tədbirdə şairin sözlərinə bəstələnmiş mahnılar ifa olundu, bir qrup şəxs “Könüllülər” Kitabxana İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olundu. Tədbirdə Milli Məclisin sədr müavini Rafael Hüseynov, deputat Göydəniz Qəhrəmanov, bələdiyyə sədri Tahir Məmmədov, həmçinin rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yasamal bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər