Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2026 , 10:43

95

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tədbirdə Ulu öndərin tarixi fəaliyyəti xüsusi vurğulanıb

Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir Xəzər rayonunda da yüksək səviyyədə təşkil olunmuşdur.

Şüvəlan Bələdiyyəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Xəzər rayonunun Icra başçısı Elşən Salahov,  idarə və müəssisələrinin səlahiyyətli nümayəndələri, rayon bələdiyyələrinin rəsmiləri, ictimaiyyət təmsilçiləri və rayon sakinləri iştirak etmişlər.

Tədbirdə Ümummilli Liderin dövlətçilik siyasəti, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri, ölkəmizin inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi fəaliyyət xüsusi vurğulanmışdır.

İştirakçılar tərəfindən Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, onun zəngin siyasi irsinin gələcək nəsillər üçün daim örnək olduğu qeyd olunmuşdur.




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
796