Vətəndaş məsələ qaldırdı bələdiyyə də dəstəyini göstərdi
“Xəbər verildiyi kimi, güclü yağışın vətəndaşlara yaratdığı fəsadları aradan qaldırılması ilə bağlı icra strukturlarının mərhələli şəkildə həyata keçirdiyi işlərə Buzovna bələdiyyəsi də bir sıra ciddi layihələr icra etməklə öz töhfəsini verməkdədir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədr müavini Təbriz Ağayev deyib.
Bu günlərdə isə Buzovna qəsəbəsi, İsmət Qayıbov
küçəsi 18 ünvanında yaşayan sakininin
müraciətinə bələdiyyə sədri İsrafil Hüseynovun tövsiyəsinə uyğun
yerindəcə baxış keçirilmiş və problemin həlli ilə bağlı artıq addımlar
atılaraq, problem öz həllini tapmışdır.
Buzovna bələdiyyəsinin və rayon kommunal təsərrüfat
birliyininin yaxından iştirakı ilə, ərazidə yaranmış quyu çınqılla döldululmuş
və üzərinə dəmir barmaqlıqlardan istifadə etməklə beton tökülmüşdür. Bu
layihəni icra etməklə vətəndaş üçün həyatı təhlükə aradan qaldırılmışdır.
Mənzil sahibi görülən işlərə görə, həm Buzovna
bələdiyyəsinin rəhbərliyinə, həm də Xəzər MKTB-nin 136 saylı MKİS-nin
əməkdaşlarına təşəkkürlərini bildiriblər. Qeyd edək ki, hadisə baş verən gün
ilk olaraq Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov, sədr müavini
Təbriz Ağayevin, Xəzər MKTB-nin
mütəxəssislərin iştirakı ilə əraziyə baxış keçirilmiş və quyunun vaxtı ilə
qazılmış su quyusu olduğu müəyyən edilmişdir. İstifadə edilmədiyindən
dondurulan quyu bu günlərdə güclü yağışlar nəticəsində suxurları yuyulmuş və
təhlükəli vəziyyət yaratmışdır. Sədr müavini Təbriz Ağayev qeyd edib ki,
Buzovna bələdiyyəsi bundan sonrada hər bir vətəndaşın müraciətini diqqətdə
saxlamaqla qaldırılan məsələlərin həllində var gücü ilə çalışacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy