Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-04-2026 , 20:03

135

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal rayonunda Çernobıl əlilləri ilə görüş keçirildi

1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda yanğın baş verib. XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət hesab olunur. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Ümumilikdə yeddi minə yaxın insan həyatını itirib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, onminlərlə insan isə sonsuz qalıb.

Qəzadan sonra AES ətrafındakı zonadan 350 minədək insan köçürülüb, ümumilikdə, 586 min nəfər radioaktiv təsirə məruz qalıb ki, onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlar olub.

BMT aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Günü elan edəndən sonra 2003-cü ilin dekabrında qurumun Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.

Çernobıl qəzasının 40-cı ildönümü ilə əlaqədar Yasamal bələdiyyəsində Çernobıl əlilləri ilə görüş keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən görüş Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin,eləcə də Çernobıl faciəsində həyatlarını itirən soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən açıq elan edildi.

Bildirildi ki, Çernobıl qəzası sonradan böyük sosial problem yaratdı. Lakin 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Çernobıl qəzası zamanı zərərçəkənlərə diqqət və qayğı göstərilməsi barədə sərəncam imzaladı. Onların müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanıldı, pensiya və müavinətlər təyin olundu.

Yasamal rayonundan Çernobıl qəzasının aradan qaldırılmasında 150-dən çox nəfər iştirak edib, həmin iştirakçılardan 50-yə yaxını dünyasını dəyişib, 137 nəfər isə müxtəlif dərəcəli əlildirlər. Bu gün Çernobıl əlilləri dövlət tərəfindən təqaüd, müavinət və müalicələrlə təmin olunur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Çernobıl əlillərindən 21-nə mənzillər verilib.

Çernobıl cəmiyyətinin üzvləri və qazilər dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yardım və köməyə görə xüsusi minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda Çernobıl əlillərinə ərzaq sovqatları təqdim edildi.

Rəylər

0 Rəy

Rəy yaz

Oxşar xəbərlər