Bələdiyyələrə layihələrin hazırlanması və maliyyələşmə imkanlarına dair təlim seminarı keçirilib
Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (SECAP) sənədləri təsdiqlənmiş şəhərlər üçün (Mingəçevir, Gəncə, Şəki, Xırdalan, Yevlax, Şamaxı) layihələrin hazırlanması və maliyyələşmə imkanlarına dair təlim seminarı keçirildi.
Azərbaycan Respublikasında “Şərq Tərəfdaşlığı çərçivəsində
Merlər Razılaşmasının həyata keçirilməsinə dəstək” Regional Proqramı çərçivəsində
SECAP sənədləri artıq təsdiqlənmiş şəhərlər üçün təlim seminarı təşkil olundu.
Tədbir Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndələrinin,
Enerji Səmərəliliyi Fondunun, layihə ekspertlərinin, həmçinin Mingəçevir, Gəncə,
Şəki, Xırdalan, Yevlax və Şamaxı şəhərlərinin bələdiyyə sədrləri və SECAP üzrə
təyin olunmuş işçi qrupların nümayəndələrinin iştirakı ilə baş tutdu.
Seminarın açılış hissəsində tərəfdaş qurumların nümayəndələri
çıxış edərək yerli iqlim və enerji siyasətinin gücləndirilməsi, bələdiyyələrin
institusional potensialının artırılması və SECAP sənədlərinin icrasının əhəmiyyəti
barədə fikirlərini bölüşdülər.
Tədbirin əsas məqsədi təsdiqlənmiş fəaliyyət planlarının
icrası üçün layihələrin hazırlanması, maliyyə imkanlarının dəyərləndirilməsi və
beynəlxalq donor tələbləri üzrə biliklərin artırılması idi. Sessiyalar zamanı
milli və beynəlxalq maliyyə mənbələri, donor və investorların gözləntiləri,
Enerji Səmərəliliyi Fondunun təqdim etdiyi imkanlar, layihələrin hazırlanması,
Layihə Dövriyyəsinin İdarə Edilməsi (PCM), SWOT təhlili, Məntiqi Çərçivə
yanaşması, büdcələşdirmə və monitorinq mexanizmləri üzrə təqdimatlar keçirildi.
Praktiki hissədə iştirakçılar layihə müraciət formaları,
qiymətləndirmə meyarları və donor maliyyələşməsi üçün layihə təkliflərinin
hazırlanması istiqamətində ekspertlərlə birgə çalışdılar. Seminar yekun müzakirələr,
suallar və növbəti addımlar üzrə fikir mübadiləsi ilə başa çatdı.
Bu kimi təşəbbüslər bələdiyyələrin dayanıqlı enerji və iqlim sahəsində fəaliyyətlərinin gücləndirilməsi, investisiya imkanlarının artırılması və yerli səviyyədə effektiv layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır
Rəylər
0 Rəy