Mürsəl Eminov: “Cari lin birinci rübündə 30 faizlik artım olub”
“Binəqədi bələdiyyəsi olaraq əsas fəaliyətimiz seçicilərimizə xidmətdən keçir. Xidmətimiz isə maliyyə vəsaiti tələb edir. Odur ki, bələdiyyənin vergi xidməti bu istiqamətdə ciddi şəkildə fəaliyyət göstərir. Cari ildə isə vergi xidmətinin üzərinə daha böyük məsuliyyət yükü düşür. Belə ki, növbəti ildən vergi ödəyicilərinə bildirişlərin onlayn qaydada verilməsi nəzərdə tutulur”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov deyib.
Sədr qeyd
edib ki, “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin
sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI icrasından sonra büdcə gəlirlərinin
kifayət qədər artımı gözlənilir.
Sədr
bildirib ki, vergi xidmətinin fəaliyyətinin nəticəsidir ki, cari ilin birinci rübündə
2024-cü illə müqayisədə 30 faizlik artım
müşahidə olunub.
Sədr açıqlamasında
əldə olunan bəzi rəqəmlərə də toxunub.
Sədr qeyd
edib ki, 2024 -cü ilin birinci rübündə əmlak vergisindən 146.840 manat, 18.665 manat
torpaq vergisindən, 14762 manat icarə
haqlarından, 261 manat dayanacaq rüsumundan, 232 manat mehmanxana rüsumundan,
5000 manat isə ianə köçürməsi olmaqla cəmi
185.763 manat əldə olunub.
2025-ci
ilin birinci rübündə əmlak vergisindən 155.755 manat, 17.566 manat torpaq
vergisindən, 17586 manat icarə haqlarından, 261 manat dayanacaq rüsumundan,
1076 manat mehmanxana rüsumu olmaqla cəmi 192.246 manat əldə olunub.
2026-cü
ilin birinci rübündə əmlak vergisindən 193.646 manat, 26.285 manat torpaq vergisindən, 20.551 manat icarə haqlarından, 315 manat dayanacaq
rüsumundan, 1.110 manat mehmanxana rüsumundan, 5000 manat isə ianə köçürməsi
olmaqla cəmi 241.899 manat əldə olunub.
Göründüyü
kimi, ümumi büdcə gəlirlərində olduğu kimi, əmlak vergisinin yığımında da 30 faizlik artım olub. İlin sonunadək artımın
daha yüksək olacağı gözlənilir.
Belediyye.info
Rəylər
0 Rəy