Osman Quliyev: “Son iki il ərzində büdcə gəlirlərində 152 fazilik artım müşahidə olunub”
“Qobustan bələdiyyəsinin bu gün bu əsas fəaliyyəti büdcə gəlirlərini artırmaqla əvvəlki illərdən yığılıb qalmış əməkhaqqını borclarını bağlamağa yönəlib. Bu gün ödənilməmiş qalan əməkhaqqı borcunun həcmi il ərzində 56 min manatdan 30 min manatadək azaldılıb”- bu fikirləri Belediyye.infoya Qaradağ rayonu, Qobustan bələdiyyəsinin sədri Osman Quliyev deyib.
Son bir il ərzində
Qobustan bələdiyyəsinin vergi xidmətinin
əsas fəaliyyəti bələdiyyənin vergi-uçot
sistemini nizama salmaq, təkrar vergi ödəyicilərinin dürüstləşdirilməsi, vergi
ödəyicilərinin siyahısının dəqiqləşdirlməsi, o cümlədən vergi ödəyiciləri ilə
yaxından işləmək, habelə onlarla görüşlərin keçirilməsinə nail olmaqdır.
Sədrin sözlərinə
görə, məhz vergi xidmətinin fəaliyyəti nəticəsində
büdcə gəlirlərində əsaslı dönüş müşahidə olunub.
Ötən ilin
müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar ayında əmlak vergisinin
yığımında 3 dəfəyədək, fevral ayında isə
ümumi olaraq 53 faizədək artım müşahidə olunub. Əldə edilən uğurlarda yenilənmiş
BAMS proramının əhəmiyyətli rolu olub. Diqqəti rəqəmlərə çəkən sədr bildirib
ki, 2025-ci ilin yanvar ayı üzrə 3.245 manat əldə edilib ki, bunun da 503
manatı əmlak vergisindən, 340 manatı torpaq vergisindən, 2400 manatı isə icarə haqqlarından daxil olub. 2025
fevralında isə ümumi olaraq əldə olunan 1.302 manatın, 661 manatın əmlak vergisindən, 341 manatı torpaq
vergisindən, 300 manatı isə icarə
haqqından daxil olub.
2026-cı ilə
gəlincə sədr qeyd edb ki, yanvar ayı üzrə-2.607 manatın 1.890 əmlak vergisindən,
717 manatı torpaq vergisindən, 2026-cı ilin fevral ayı üzrə əldə olunan 2.062
manatın 1.111 manatı əmlak vergisindən, 950 manatı torpaq vergisindən daxil
olub.
Ancaq
ümumilikdə 2023-cü illə müqayisədə 2025-ci ildə Qobustan bələdiyyəsinin büdcə gəlirlərində 152 fazilik artım müşahidə olunub.
Belə ki, 2023-cü il üzrə əldə olunan 10.581 manatlııq ümumi büdcə gəlirinin 4.221 əmlak vergisindən, 3.060 manatı torpaq vergisindən, 3300 manatı icarə haqqından daxil olub. 2025-ci il üzrə isə əldə olunan 26.592 manatın 15.925 manatı əmlak vergisindən, 6.867 manatı torpaq vergisindən, 3.800 manatı isə icarə haqqlarından daxil olub.
Belediyye.info
Rəylər
0 Rəy