Nəsib İsmayılov: “Bülbülə bələdiyyəsi növbəti layihənin icrasını başa çatdırıb”
“Bülbülə bələdiyyəsi hər zaman sakinlərin hər bir müraciətini diqqətdə saxlayır”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu, Bülbülə bələdiyyəsinin sədri Nəsib İsmayılov deyib.
Sədr
bildirib ki, bu günlərdə sakinlərin kollektiv müraciətinə əsasən Bülbülə qəsəbəsi,
Səttar Bəhlulzadə küçəsi 25 ünvanında asfaltlanma işləri həyata keçirilmişdir.
Cari
ildə sayca beşinci olan bu layihənin icrasını sakinlər rəğbətlə qarşılayıb.
Bununla sakinlərin və xüsusən də azyaşlıların və məktəblilərin gediş- gəlişində
yaranan çətinlik aradan qaldırılıb.
Bələdiyyə təsdiq edilmiş proqrama əsasən ilin sonunadək bu səpgidə layihələrin icrasını davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy