Bəylər Həsənov: “Rəqəmsallaşma ilə bağlı islahatlara bələdiyyələrdə hazır olmalı və prosesdən kənarda qalmamalıdırlar”
“Azərbaycan növbəti tarixi mərhələnin astanasındadır. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin inkişaf modelində keyfiyyətcə yeni istiqaməti müəyyənləşdirdi. Ölkə başçısının sözləri ilə desək, bu gün süni intellektin tətbiqi, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edib. Bu, sadəcə texnoloji yenilənmə deyil, həm də strateji seçimdir” – bu fikirləri Belediyye.infoya Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov deyib.
“Ölkəmizdə süni intellektin tətbiqi, rəqəmsallaşma ilə bağlı aparılan islahatlara bələdiyyələrdə töhfəsini təqdim etməli və öz fəaliyyətlərində artıq bu proseslərin tətbiqinə start verməlidilər. Aparılan islahatlar, həyata keçirilən layihələr son nəticədə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etməlidir”- Bu fikirləri də Bəylər Həsənov deyib.
Sədr qeyd
edib ki, hər bir bələdiyyədə rəqəmsallaşdırmanın
aparılması ilk növbədə texniki təchizatdan başlamalıdır. Bununla yanaşı kadr
hazırlığı da diqqətdə saxlanılmalı, mütəmadi olaraq təlimlərin keçirilməsi, bu
sahədə tətbiq edilən yeniliklər xüsusəndə vergi xidmətində çalışanların diqqətinə
çatdırlımalıdır.
Binəqədi qəsəbə
bələdiyyəsi artıq ötən ildən bu məqamları özünün strateji yol xəritəsi kimi qəbul
edib. Bələdiyyənin hər bir şöbəsi müasir kompüterlərlə təchiz edilmiş, şəbəkə
qurulmuş, məlumat bazası sistemləşdirilmişdir.
Vergi xidməti
orqanı məhz bu texniki təchizatın verdiyi imkandan və BAMS-ın yaratdığı şəraitdən
layiqincə istifadə edərək bəllədiyyənin əvvəlki illərdən yığılıb qalmış kifayət qədər yüksək həcmdə olan borcların
silinməsinə və bank hesabı üzərində olan
məhdudiyyətin götürülməsinə nail olmuşdur.
Bununla
yanaşı bələdiyyənin atdığı daha bir addım isə bələdiyyə sənədlərinin arxivləşdirilməsi
ilə bağlıdır. Bu addımın atılması həm də müəyyən neqativlərin qarşısını almış
oldu.
Bəylər Həsənov
bildirib ki, bələdiyyənin internet resurunun yeni, daha təkmil versiyası
hazırdır. Artıq hər bir vergi ödəyimiz bu resurs üzərindən bələdiyyəyə müraciət
edə və ən əsası vergilərini onlayn qayda da ödəyə bilər. Resursu təkmilləşdirməkdə əsas məqsədimiz
şəffaflığın təmin edilməsi ilə yanaşı, həm də vətəndaş məmnuniyyətinin təmin
edilməsidir. Yeni yaradılan bu sistem vətəndaşa vergilərini ödəmək üçün banka və
ya poçta getməklə deyil, olduğu yerdən telefonla ödəmək üçün əlavə bir imkanda yaradacaqdır. Bu gün resurs
hələ ki test rejimində çalışır, yaxın günlərdən proses aktivləşdiriləcəkdir.
Rəqəmsallaşma ilə bağlı islahatlara bələdiyyərdə hazır olmaslı, prosesdən kənarda qalmamalı, bununla bağlı olan hər bir yeniliyin tətbiqinə maraqlı olmalıdır. İndiki halda bələdiyyə uğura yalnız bu məqamları nəzərə almaqla imza ata bilər.
Belediyye.info
Rəylər
0 Rəy