Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-02-2026 , 10:29

333

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Rəşad Babayev: “Vətəndaş məmnunluğunun təmin edilməsi hər bir bələdiyyədən sabit və dayanıqlı maliyyə vəsaiti tələb edir”

“Bu gün Keşlə bələdiyyəsində vətəndaş məmnunluğununun təmin edilməsi istiqamətində artıq bir ənənə formalaşıb. Bizim məqsədimiz bu ənənəni qorumaqla  bələdiyyəni daha da inkişaf etdirmək və sakinlərin rəğbətini daha çox qazanmaqdır. Ona görə bələdiyyə tərəfindən atılan hər bir addım məhz bu məqsədə söykənir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Rəşad Babayev deyib.

Sədr qeyd edib ki, vətəndaş məmnunluğunun təmin edilməsi hər bir bələdiyyədən sabit və dayanıqlı maliyyə vəsaiti tələb edir. Hazırda bələdiyyənin vergi xidmətinin fəaliyyəti nəticəsində bələdiyyənin büdcə gəlirlərində  2023-cü illə müqayisədə 13.8 faizlik artım müşahidə edilib. Belə ki, 2023-ci il üçün bələdiyyənin illik gəlirləri 241.220 manat olmuşdur ki, bu rəqəmin  63.624 manat torpaq vergisindən, 167.858 manatı əmlak vergisindən, 1.438 manatı icarə haqqından,  8000 manatı dotasiyadan,  300 manatı isə digər gəlirlər daxil olmuşdur.  2023-ci ilin yanvar ayının 1-nə qalıq 29977 manat olmuşdur.

Ötən il isə bələdiyyənin büdcə  gəlirləri aşağıdakı kimi olmuşdur:

Fiziki şəxslərdən yığılan rüsumlar: torpaq vergisi 63.998 manat, əmlak vergisi 180.705 manat; icarə haqqı 5.424 manat, dövlət büdcəsindən dotasiya 23.000 manat ümumilikdə mədaxil 274.627 manat olmuşdur. 01.01.2025-ci ilə qalıq – 9222 manat olmuşdur. 

Göründüyü kimi, 7.6 faiz əmlak vergisində, 0.6 faizə yaxın isə torpaq vergisində artım olub.

Sədr bildirib ki, bu artımları qənaətbəxş hesab etmək olmaz. Odur ki, cari ildə büdcə gəlirlərini artırmaq üçün vergi xidməti BAMS-ın verdiyi bütün imkanlardan layiqincə istifadə etməyi planlaşdırıb. Cari ildə hədəfimiz büdcə gəlirlərini  400 min manata çatdırmaqdır. Bu gün hədəfə doğru yorulmadan çalışırıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər