Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-02-2026 , 10:27

185

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyənin təşkilatçılğı ilə Balaxanı qəsəbəsində Beynəlxalq Ana Dili Günü qeyd olunub

"21 fevral Beynəlxalq Ana-dili günü münasibəti ilə Balaxanı bələdiyyəsi tərəfindən  Balaxanı qəsəbəsi  M.Ə.Sabir adina mədəniyyət evində qəsəbə  şagırd və müəllimlərinin iştiraki ilə  "Ana dilimizi qoruyaq" adlı  tədbir keçirilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri  Səkinə Kərimova deyib.

Tədbirdə qeyd edilib ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Sədr bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu şagirdlərə bir daha xatırladır.

Sədrin sözlərinə görə, tədbir Azərbaycan Respublikasının dövlət himni  oxunaraq başlayıb. Sonra uşaqlar ana dilinə aid şerlər səsləndiriblər. Bununla yanaşı tədbirdə Cəlil Məmmədquluzadənin "Anamin kitabi" adlı tamaşası nümayiş etdirilib.

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.

Bu gün Ulu öndərin ali ideallarının gerçəkləşməsində Prezident İlham Əliyevlə birgə onun xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da yaxından iştirak edir.

Bu gün ölkəmizdə dilimizin saf və nəcib milli-mənəvi dəyərin qorunub saxlanması, ictimai şüurda möhkəmlənməsi, özünə güclü dayaqlar tapması ilə yanaşı, dünya miqyasında təbliği istiqamətində dövlət səviyyəsində ciddi layihələr icra olunmaqdadır.

Sonda fərqlənən  şagirdlərə təşəkkürnamələr təqdim olunub.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər