Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-02-2026 , 16:10

153

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sədr müavininin yubileyi qeyd olunub

Nərimanov bələdiyyəsinin inzibati binasında Nərimanov bələdiyyəsinin sədr müavini Nizami Babaşovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Görüşdə Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev  çıxışında  Nizami Babaşovun uzun illər ərzində bələdiyyə işində göstərdiyi səmərəli və fədakar fəaliyyətini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edənlər Nizami Babaşovu bu əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edərək, ona can sağlığı, uzun və mənalı ömür arzulayıblar.

Qeyd edilib ki, N.Babaşov bələdiyyə idarəçiliyində qazandığı zəngin təcrübə, prinsipial mövqeyi və vətəndaşlara daim açıq münasibəti ilə seçilmiş, Nərimanov rayonunda yerli özünüidarənin inkişafına, sosial məsələlərin həllinə və ictimai etimadın möhkəmlənməsinə mühüm töhfələr vermişdir.

Vurğulanıb ki, Nizami Babaşov bundan sonra da bələdiyyə işində öz bilik və bacarığını əsirgəməyəcək, kollektivə dəstək olacaq və görülən işlərin keyfiyyətinin yüksəldilməsinə bundan sonra da  töhfə verəcəkdir.

Sonda Nizami Babaşov bələdiyyə qarşısında göstərdiyi xidmətə  və 70 illik yubileyi ilə əlaqədar bələdiyyənin "Fəxri Fərmanla" təltif edilib.

 Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər