Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-02-2026 , 15:31

136

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Nəsimi bələdiyyəsi daim seçicisinin yanında olmaqla qaldırılan hər bir məsələnin həllinə çalışır”

“Bələdiyyə olaraq başlıca vəzifəmiz vətəndaşın hər bir müraciətini diqqətdə saxlamaqdır. Odur ki, istər kollektiv, istərsə də fərdi müraciətlərin hər biri bələdiyyə iclasında baxılaraq müvafiq qərarlar qəbul edilir”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr qeyd edib ki, vətəndaş müraciətlərinə əsasən rayonun Dilarə Əliyeva küçəsi 175 ünvanında hürdürmərtəbəli binanın həyətində 1050 kv.m -lik  əraziyə əsaslı şəkildə asfalt vurulmuş, ərazidə rənglənmə işləri aparılmış, 60 metrlik əraziyə dəmir tor çəkilmiş, habelə 200 metr əraziyə yeni bardur çəkilmişdir.

Bələdiyyə tərəfindən həyata keçirilən bu layihənin sakinlər tərəfindən razılıqla qarşılandığını  deyən sədr hər bir müraciətin mərhələli şəkildə icra edilməsi nəzərdə tutulur. Bələdiyyə iclasında təsdiq edilmiş iş planına uyğun ilin sonunadək daha bir neçə ərazidə irihəcmli layihələrin icrası nəzərdə tutulur.

Nəsimi bələdiyyəsi hər zaman seçicisinin yanında olmaqla qaldırılan hər bir məsələnin həllinə çalışır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər