Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-02-2026 , 00:23

54

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Azər Məhərrəmov: “2026-cı il Qara Nuru bələdiyyəsi üçün yenilik və inkişaf ili olacaq”

“Qara Nuru bələdiyyəsi 2026-cı ildə qarşısına  böyük hədəflər qoyub”- bu firkirləri Saatlı rayonu,  Qara Nuru bələdiyyəsinin sədri Azər Məhərrəmov deyib.

Sədr qeyd edib ki,  kəndin sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımların atılması nəzərdə tutulur. 2026-cı il Qara Nuru bələdiyyəsi üçün yenilik və inkişaf ili olacaq.

Sədr qeyd edib ki, qarşıdakı dövrdə kənddaxili yolların əsaslı təmiri və yenidən qurulması, kənddaxili yoların işıqlandırılması, içməli su təminatının daha da gücləndirilməsi əsas prioritetlər sırasındadır. Eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin artırılması, aztəminatlı ailələrə sosial dəstəyin göstərilməsi və gənclərin ictimai fəallığının yüksəldilməsi istiqamətində konkret layihələr həyata keçirilməsi nəzərdə tutulur.

Sədr vurğuılayıb ki, bələdiyyə şəffaflıq və vətəndaş məmnunluğunun təmina edilməsi əsas prinsip kimi qəbul edir. Kənd sakinlərinin müraciətləri daim diqqətdə saxlanılır, onların təklif və problemləri operativ şəkildə həll olunur.  Qara Nuru bələdiyyə kəndin inkişafı üçün bütün imkanlardan istifadə edəcək və qarşıdakı il daha uğurlu nəticələrlə əldə etməyi planlaşdırır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər