Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-02-2026 , 22:30

112

Son xəbərlər

Bütün xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Kamandar Zeynalov: “Büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunun təmin edilməsinə çalışacağıq


“Bu gün kollektivin  hər bir üzvü vətəndaş  müraciətlərinə diqqətlə yanaşmaqla bərabər, mövcud problemin aradan qaldırılmasına səy göstərir”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov deyib.

Sədrin sözlərinə görə, vətəndaş müraciətlərinə həssaqlıqla yanaşılması bütün hallarda bələdiyyədən maliyyə tələb edir. Odur ki, bələdiyyənin vergi xidməti büdcə gəlirlərini artırmaqla vətəndaş müraciətlərinin həllini sürətləndirir.

Məhz bu diqqətin nəticəsidir ki, bələdiyyənin büdcə gəlirləri il ərzində 28 faiz artıb. Belə ki, 2024-cü ildə yerli vergilərin yığım həcmi 171.900 manat idisə , bu rəqəm ötən il 219.743 manat təşkil edib.

Sədr qeyd edib ki, bu rəqəm kifayət qədər yüksək olsa da, bunu hələ də qənaətbəxş hesab etmək olmaz. Cari ildə bu rəqəmin daha əlli faiz artıq olması üçün bələdiyyənin vergi xidməti var gücü ilə çalışır. Bir tərəfdən BAMS-ın verdiyi imkanlar, digər tərəfdən vergi ödəyiciləri ilə görüşlərin təşkili yerli vergilərin həcminin yüksək olacağına inamı artırır.  

Bilgəh bələdiyyəsi olaraq əsas vəzifəmiz bu gün  xalqa xidmətdən keçir.  Odur ki, büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunun təmin edilməsinə çalıçacağıq

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər