Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-02-2026 , 11:23

178

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Görülən tədbirlərə baxmayaraq: BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR

Qaradag rayonu, Sahil bələdiyyəsi öz fəaliyyətini qanunvericiliyin tələblərinə  uyğun şəkildə həyata keçirtmiş, əhalinin sosial rifahının yüksəldilməsi, yerli  əhəmiyyətli məsələlərin həlli və bələdiyyə ərazisinin inkişafının təmin edilməsi  istiqamətində məqsədyönlü tədbirlər görmüşdür.

Vətən yolunda şəhidlik ali fədakarlıq, qəhrəmanlıq və ləyaqət nümunəsidir.44  günlük Vətən müharibəsi müasir Azərbaycan gəncliyinin vətənpərvərliyinin, cəsarətinin və milli birliyinin bariz təzahürü olmuşdur.Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər bir Azərbaycan vətəndaşı üçün əzizdir və daim ehtiramla anılır. 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsində şəhid olmuş igidlərimizin ailələri ziyarət edilmiş, onların sosial-məişət vəziyyəti, ehtiyac və qayğıları ilə maraqlanılmışdır.

 “Zəfər günü” münasibətilə Sahil bələdiyyəsinin təşəbbüsü ilə 6 şəhid ailəsinin hər birinə 150 (yüz əlli) manat məbləğində maddi yardım göstərilmiş, bu məqsədlə bələdiyyə büdcəsindən ümumilikdə 900 (doqquz yüz) manat vəsait ayrılmışdır. Şəhid  ailələri onlara göstərilən dövlət qayğısından məmnun olduqlarını ifadə edərək,  Prezident cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya öz  təşəkkürlərini bildirmişlər. Ərazi bütövlüyümüz uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.

Sahil bələdiyyəsi əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması və rifah  halının yüksəldilməsi məqsədilə bir sıra sosial yönümlü tədbirlər həyata keçirmişdir. Beləki, hesabat dövründə bələdiyyəyə müraciət etmiş sakinlərə müxtəlif  məbləğlərdə maddi yardım göstərilmişdir. Eyni zamanda bələdiyyənin təşəbbüsü və sahibkarların dəstəyi ilə Quban bayramı münasibətilə 50 aztəminatlı ailəyə bayram payları təqdim edilmişdir. Yerli özünüidarəetmə orqanı olaraq əhalinin problemlərinin operativ şəkildə həlli və ehtiyacı olan ailələrə davamlı dəstəyin göstərilməsi məqsədilə bu istiqamətdə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Sahil bələdiyyəsinin və Qaradağ rayon  mərkəzləşdirilmiş Kitabxana sisteminin  2 saylı filialının nümayəndələrinin birgə iştirakı ilə “Xalqımın qəhrəman övladları “və “Narkomaniyaya son qoyaq” mövzularında tədbirlər keçirilmişdir. Hesabat müddətində Sahil bələdiyyəsi tərəfindən 23 ümumi iclas keçirilmiş, qəbul edilmiş qərar və protokollar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi  Bələdiyyələrlə İş Baş İdarəsinin informasiya sisteminə vaxtında daxil edilmişdir. Hesabat dövründə müxtəlif təşkilatlardan bələdiyyəyə daxil olmuş 127 məktuba baxılmış, 5 yazılı müraciət və digər sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılmış və müvafiq cavablar verilmişdir. Eyni zamanda bələdiyyə tərəfindən 215 məktub göndərilmişdir.

Hesabat dövründə bələdiyyə sədri və sədr müavini tərəfindən ümumilikdə 265 vətəndaş qəbul edilmişdir. Qəbul zamanı şəhid ailələrinin və qəsəbə sakinlərinin sosial-məişət məsələləri, torpaq və mülkiyyət hüquqları ilə bağlı müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Bələdiyyənin büdcəsinə daxilolmalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Bələdiyyə haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesablanmış və icra edilmişdir.  Cari hesabat dövrü ərzində yerli vergilərin və ödənişlərin vaxtında ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyiciləri arasında maarifləndirmə tədbirləri ardıcıl şəkildə həyata keçirilmişdir.Bununla yanaşı, bir sıra ödəyicilərə  şifahi və yazılı xəbərdarlıqlar edilmişdir.

Görülən tədbirlərə baxmayaraq, hesabat dövründə vergi öhdəliklərini vaxtında yerinə yetirməyən 43 vergi ödəyicisi barəsində inzibati aktlar tərtib olunmuş və məcburi icra  təbdirlərinin görülməsi məqsədilə aidiyyəti icra orqanına təqdim edilmişdir. Hesabat dövründə bələdiyyə büdcəsinə ümumilikdə 138220 manat məbləğində vəsait daxil olmuşdur. Daxilolmalar aşağıdakı gəlir mənbələri üzrə formalaşmışdır. Fiziki şəxslərdən torpaq vergisi-20.282 manat; Fiziki şəxslərdən əmlak vergisi-98.238 manat; İcarə haqqı-2.700 manat; Dotasiya-17.000 manat; 

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlər üzrə xərclənmişdir:

Bələdiyyə qulluqçularının əmək haqqısının ödənilməsinə - 53266 manat;  Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalara - 13318 manat; Təmir xərci - 5000 manat;  Təsərrüfat mallarının alınması - 5000 manat; Kommunal xərclər,telefon xidmət haqqına – 2000 manat; Sair xərclər - 5000 manat; Tədbirlərin təşkilinə - 5000 manat; Sosial yardımlar - 5000 manat; Abadlaşdırma işlərinə - 2000 manat;  Qəbirstanlıqların saxlanılması - 3000 manat; Dəfn və yas mərasimlərinin təşkilinə - 5000 manat; Digər xərclər - 29583 manat;

Bildiririk ki,növbəti dövrlərdə də maliyyə vəsaitlərindən səmərəli istifadə olunmaqla bələdiyyə ərazisinin abadlaşdırılması, qəsəbə sakinlərinin sosial, məişət və mədəni tələbatlarının ödənilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Yerli özünüidarəetmə sahəsində şəffaflığın artırılması və hesabatlılığın təmin edilməsi məqsədilə bələdiyyə hesabatlarının inzibati ərazidə yaşayan vətəndaşlara elanlar, internet resursları və digər informasiya vasitələrilə çatdırılması təmin edilir.

Ramil Hüseynov

Qaradağ rayonu,  Sahil bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər