Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-02-2026 , 09:40

580

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nuranə Hüseynova: “Bu uğura bələdiyyə rəhbərliyinin ciddi dəstəyi ilə imza atmışıq”

“Zirə bələdiyyəsi əsas diqqəti büdcə gəlirlərini artırmağa yönəldib.Bunun üçün vergi xidmətinin əməkdaşları var qüvvəsi ilə çalışır”- bu fikirləri Xəzər rayonu Zirə bələdiyyəsi  Vergi şöbəsinin müdiri Nuranə Hüseynova deyib.

Vergi xidmətinin rəhbəri bildirib ki, bələdiyyə rəhbərliyi vergi-uçot sistemindəki boşluqları aradan qaldırmaq, debitor borcların yığılması üçün addımlar atmaq, habelə BAMS proqramının yaratdığı imkanlardan yetərincə istifadə etməyi qarşımıza bir əsas vəzifə kimi qoyub. Məhz bu cür addımların sayəsində 2024-cü ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında büdcə gəlirlərində ciddi şəkildə artıma nail olmuşuq.  

Əgər 2024-cü ildə 1.793 manatlıq  əmlak vergisi,              1.880 manatlıq torpaq vergisi, ümumi 3.673 manat büdcə gəliri  əldə edilmişdirsə, bu rəqəm 2025-ci ildə  müvafiq olaraq  ümumi rəqən 4.340 manat olmaqla,  2.215 manatlıq əmlak  və 2.125  manatlıq torpaq vergisi əldə olunub.

Lakin cari ilin yanvar ayında bələdiyyə rəhbərliyinin ciddi dəstəyi ilə  4.048 manatlıq əmlak, 8.367 torpaq vergisi olmaqla ümumi olaraq  12.416 manata əldə edilib.

Göründüyü kimi, 2024- cü illə müqayisədə 2026-cı ildə ay ərzində artım səviyyəsi əmlak vergisində 125 faiz, torpaq vergisində isə 345 faiz artım müşahidə olunub. Beləliklə, ümumi artım 238 faiz təşkil edib. Deməliyəm ki, bu uğura bələdiyyə rəhbərliyinin ciddi dəstəyi ilə imza atmışıq.

“Dekabr ayında təsdiq edilmiş büdcə layihəsinin tələblərinə uyğun olaraq çalışırıq ki, büdcə gəlirlərinin səviyyəsini artıraq”- bu fikirləri də vergi şöbəsinin müdiri Nuranə Hüseynova deyib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər