Tehran Rəhmanov: “Təəssüf ki, iri vergi borcu olanların bəziləri bələdiyyəni bir qurum olaraq tanımaq istəmir”
“Ötən il ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət bələdiyyələrin, bu sırada Türkan bələdiyyəsinin inkişafında da öz təsirini göstərmiş oldu”- bu fikri Belediyye.infoya Xəzər rayonu Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov deyib.
Sədr qeyd
edib ki, bələdiyyələr də ölkəmizdə həyata keçirilən sistemli iqtisadi-sosial
inkişafa öz töhfələrini verməyə nail olub və ölkədə aparılan islahatlar, artan
iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz müsbət təsirini
göstərməkdədir.
Bələdiyyə
olaraq başlıca məqsədimiz yerli əhəmiyyətli məsələlərin həllinə nail
olmaq, fəaliyyətimiz isə seçicilərimizin
həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Qarşıda duran bu
yerli əhəmiyyətli məsələlərin həll edilməsi üçün bələdiyyənin fəaliyyətində
yerli büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib, real gəlir mənbələri
müəyyənləşdirilib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Kollektivin
səyi və
daimi yenilənən BAMS-proqramının verdiyi imkanlardan ciddi şəkildə istifadə
etməklə ötən il büdcə gəlirlərimizi 70 min manat ətrafında edə bilmisik.
Sədr
qeyd edib ki, hər bir bələdiyyənin uğuru
vergi-uşot sisteminin necə qurulmasından çox asılıdır. Ötən il BAMS proqramında
bələdiyyə aid olan hissədəki təkrarçılıq halları aradan qaldırılmış, bəzi ödəyicilər haqqında məlumatlarda dəqiqləşdirilmələr
aparılmışdır. Proses bu ildə davam etdiriləcəkdir. Bu gün ərazidəki sənədsiz əmlakların
mövcudluğu, habelə tariflərin bu istiqamətdə aşağı səviyyədə olması nəticədə
büdcə gəlirlərimizin də aşağı səviyyədə olmasına öz təsirini göstərmiş olur.
Kollektiv
ilk növbədə çalışır ki, ərazidəki vergi ödəyiciləri haqqında məlumatı dəqiqləşdirməklə
yanaşı, digər kənarda qalan vergi ödəyiciləri haqqında məlumatları da BAMS proqramına əlavə etsin. Hazırda 6.390
vergi ödəyicisi haqqında məlumatlar proqrama əlavə edilib ki, onun da 2566
torpaq vergisi, 3524 isə əmlak vergisi ödəyənlərdir. Ancaq bələdiyyənin vergi xidmətinin apardığı
təhlilərə görə, ümumi vergi uçotuna düşəsi olan təsərrüfatların sayı 9936 bərabərdir.
Bugün kənarda qalan vergi ödəyicilərin vergiyə cəlb edilməsi üzərində ciddi iş
aparılır.
Bununla
yanaşı əsas fəaliyyət istiqamətlərindən biri də qəsəbədə fəaliyyət göstərən
sahibkarlarla əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu gün bələdiyyə olaraq
sahibkarlıq fəaliyyəti göstərən hər bir fiziki şəxsə bələdiyyə olaraq öz dəstəyimizi
göstərir vu bunu özümüzə borc bilirik. Nəzərə alsaq ki, hər bir sahbikarın müəssisəsində
həm də qəsəbə sakinləri işlə təmin olunur, bu məqamda bələdiyyə bu dəstəyi göstərməyi
özünün vəzifəsi hesab edir.
Sədr
qeyd edib ki, büdcə gəlirlərimizdəki hədəfimiz
olan 100 min manata çatdırmaqla həm də vətəndaşlara
göstərilən xidmət səviyyəsini artırmaq
niyyətindəyik. Bu gün hər bir bələdiyyə vətəndaş məmnunluğunu təmin etmək üçün
ilk növbədə büdcə gəlirlərinin artırılması barədə düşünməklə yanaşı, seçicilərinin
qaldırdığı problemlərin həllinə nail olmalıdır.
Hazırda
vergi xidmətinin əsas fəaliyyət istiqamətlərindən
biri də debitor borcların yığılmasıdır.
Çox təəssüf
ki, bəzən iri vergi borcu olanların əksəriyyəti bələdiyyəyə olan borcu ödəmək
niyyətində olmur. Ərazimizdə 1000-3000 manat
ətrafında vergi borcu olanlarla ciddi işlər aparırıq. Son nəticədə bələdiyyə
iclasının təqdimatı ilə tərtib etdiyimiz aktları icra və probasiya xidmətinə
göndərmək məcburiyyətindəyik.
Bu tədbirlərin
daha layiqli həyata keçilməsi üçün bələdiyyənin
vergi xidməti BAMS-ın yaratdığı imkanlardan istifadə etməyə çalışırıq.
Belediyye.info
Rəylər
0 Rəy